Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Sumqayıtda Beynəlxalq Müəllimlər Günü qeyd olundu
Sumqayıtda Beynəlxalq Müəllimlər Günü qeyd olundu
5 oktyabr - Beynəlxalq Müəllimlər Günü Sumqayıtda da qeyd olundu. Şəhər İcra Hakimiyyətinin başçısı cənab Zakir Fərəcov əlamətdar gün münasibətilə Sumqayıtda fəaliyyət göstərən 50 tam orta məktəbin və veteran təhsil işçilərini təbrik edərək onlara xoş arzularını çatdırdı, çətin və eyni zamanda şərəfli işlərində uğurlar arzuladı.Vurğuladı ki, ümummilli lider Heydər Əliyevin Azərbaycan təhsilinə göstərdiyi yüksək diqqət və qayğı bu gün uğurla davam etdirilir. Son illər ölkəmizdə təhsilin inkişafı ilə bağlı kompleks tədbirlər həyata keçirilir, təhsil müəssisələrinin maddi-texniki bazası möhkəmləndirilir, müəllimlərin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində mühüm addımlar atılır. Bunun nəticəsidir ki, Sumqayıt məktəblərinin məzunları test imtahanlarında yüksək nəticələr göstərir, fənn olimpiadalarında uğurla çıxış edirlər.
Qeyd olundu ki, Sumqayıtda 53 min 237 şagirdin təlim-tərbiyəsi ilə 4070 müəllim məşğul olur və ildən-ilə yeni uğurlar qazanılır. Bu uğurlar Prezident cənab İlham Əliyevin və birinci xanım, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təhsil sahəsinə hərtərəfli qayğısının nəticəsidir.
Tədbirdə xalqımızın milli təfəkküründə müəllim adının hər zaman ucalıq, ziyalılıq və mənəvi saflıq rəmzi kimi təcəssüm etdiyi, böyük hörmətlə, yüksək ehtiramla çəkildiyi qeyd olundu.
Çıxış edən təhsil işçiləri Sumqayıt müəllimləri adından Azərbaycan təhsilinə göstərilən yüksək diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildirdilər.
Sonda təhsilin inkişafındakı xidmətlərinə görə bir qrup müəllimə, o cümlədən Sumqayıt Dövlət Universitetinin iki əməkdaşına: Riyaziyyat fakültəsinin dekan müavini dosent Hicran Əliyevaya, Pedaqogika və psixologiya kafedrasının baş müəllimi Şahnaz Quliyevaya fəxri fərman və hədiyyələr təqdim olundu.
Tədbir tanınmış incəsənət ustalarının iştirakı ilə konsert proqramı ilə davam etdi.

Mətbuat xidməti

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az