Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | ERASMUS+ LPEB layihəsi çərçivəsində italyan mütəxəssislər SDU-da təlim keçdilər
ERASMUS+ LPEB layihəsi çərçivəsində italyan mütəxəssislər SDU-da təlim keçdilər
«Rusiya Federasiyası, Çin və Azərbaycanda binaların enerji və ekoloji səmərəliliyi üzrə açıq və distant təhsil formatında peşə bakalavrı» ERASMUS + layihəsi çərçivəsində İtaliyanın Uninettuno Universitetinin şöbə müdiri Raimondo Sepe və LPEB layihəsi üzrə məsul şəxs Fransesco Fedele sentyabrın 13-də Sumqayıt  Dövlət Universitetində oldular.             Məqsəd SDU-da didaktik kiberməkan yaradılmasında İtaliya universitetinin  təcrübələrini paylaşmaq və yarana bilən problemlərin həllində öz tövsiyələrini verməkdir. 
Seminardan öncə qonaqlar fakültənin elmi–tədqiqat laboratoriyaları, eyni zamanda layihə çərçivəsində  distant təhsil üçün yaradılmış studiya ilə tanış oldular. Studiyanın fəaliyyəti və planları haqqında məlumatlandılar. 
Tədbirdə SDU-nun Qiyabi, distant və əlavə təhsil üzrə prorektoru dosent Qafar Atayev, Fizika və elektroenergetika fakültəsinin dekanı dosent Tamella Əhmədova, Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri t.f.d Samirə Məmmədova və əməkdaşları, Elektromexanika kafedrasının müdiri dosent Turqay Hüseynov və kafedra əməkdaşları iştirak etdilər.
Təlimçilər kiber didaktik məkanın yaradılmasının yolları barədə təlim iştirakçılarına  məlumat verdilər. İtaliya universitetinin bu sahədə əldə etdiyi səmərəli təcrübəsini bölüşdülər. Kiber məkanın yaradılmasının distant təhsilin inkişafında rolundan bəhs etdilər.       Təlimdə mobil studiyada video mühazirələrin yazılma texnikası, multimediya ilə video– mühazirələrin redaktə edilməsi metodologiyası, laboratoriya qurğularından epizodların animasiyası, kiber əlaqələri olan elektron tədris materialların hazırlanma metodikası, Avropa tipli modullarda təqdimatların aparılması metodu və digər məsələlər ətrafında fikir mübadiləsi aparıldı. Əlavə olaraq xarici universitet nümayəndələri  veb səhifəyə daxil olaraq əyani şəkildə distant təhsil üçün müraciət prosesini və videodərslərdən nümunələr nümayiş etdirdilər.
Təlim zamanı müxtəlif suallar səsləndirildi, mövzu ətrafında fikir mübadiləsi aparıldı.
 
 

Mətbuat xidməti

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az