Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Əməkdaşımız “Mevlana Mübadilə Proqramı” layihəsi çərçivəsində mühazirə dərslərini tədris edəcək
Əməkdaşımız “Mevlana Mübadilə Proqramı” layihəsi çərçivəsində mühazirə dərslərini tədris edəcək
Hər bir universitetin nailiyyəti onun beynəlxalq əlaqələri ilə ölçülür. Bir sıra beynəlxalq layihələrdə uğurla təmsil olunan Sumqayıt Dövlət Universiteti dünyanın qabaqcıl təhsil müəssisələri ilə əlaqələrin qurulması və möhkəmləndirilməsi, müəllim və tələbə mobilliyinin təşkil olunması istiqamətlərində mühüm nəticələr əldə edir, öz intellektual potensialı və elmi uğurları ilə  beynəlxalq əlaqələrini gündən-günə daha da genişləndirir. Sumqayıt Dövlət Universiteti xarici ölkə ali məktəbləri ilə yanaşı  respublikamızın universitetləri ilə də sıx əməkdaşlığın yaradılmasına xüsusi diqqət yetirir.
Universitetimizin beynəlxalq əməkdaşlıq sahəsində atdığı növbəti uğurlu addımlardan biri də “Mövlanə Mübadilə Proqramına qoşulmasıdır. Bununla da,  tədris və elm mərkəzimiz  Türk dünyasına qovuşmuş oldu. Qeyd edək ki, Türkiyənin daxili və xarici təhsil müəssisələri arasında tələbə və müəllim mübadiləsini həyata keçirən “Mevlana Değişim Programı” çərçivəsində Sumqayıt Dövlət Universiteti ilə Türkiyənin Adıyaman, Çankırı  Karatekin Universiteti, Nevşehir Hacı Bektaş Veli Universiteti, Necmettin  Erbakan Universiteti, Sakarya Universiteti, Adnan Menderes Universiteti arasında mübadilə protokolları imzalanmışdır. Protokollar çərçivəsində bu il SDU-nun İqtisadiyyat kafedrasının baş müəllimi i.f.d. Səadət Hümbətəliyeva proqramda təqaüdlü iştirak etmək hüququ qazanmışdır. Sakarya Universitetindən daxil olan 13960143/310.99/ nömrəli məktuba əsasən Səadət Hümbətəliyeva 15.10.2018–28.10.2018- ci il tarixlərində Sakarya Universitetinə mübadilə proqramına dəvət edilmişdir. Bu müddət ərzində o, mikro- və makroiqtisadiyyat fənləri üzrə “Tələb və təklif”, “Bazar tarazlığı”, “İstehsal xərcləri və mənfəət”, “Makroiqtisadi tarazlıq”, “İşsizlik və inflyasiya”, “İqtisadi artım modelləri” və “İqtisadiyyatın dövlət tənzimlənməsi” mövzularında mühazirə dərslərini tədris edəcək, bunula yanaşı, eyni fənn üzrə seminar dərslərində də iştirak edəcəkdir.
Qeyd edək ki, “Mövlanə” Mübadilə Proqramı Türkiyə Yüksek Öğretim Kurulu (YÖK) tərəfindən qurulan və Türkiyə Respublikası tərəfindən maliyyələşdirilən proqramdır. Burada əsas məqsəd yüksəkkeyfiyyətli təhsilin və beynəlxalq təcrübənin öyrənilməsidir.
 
 

Mətbuat xidməti

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az