Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Əməkdaşımız ERASMUS+EQAC layihəsi çərçivəsində İsveçin Kral Texnologiyaları İnstitutunda təlimlərdə iştirak etdi və sertifikata layiq görüldü
Əməkdaşımız ERASMUS+EQAC layihəsi çərçivəsində İsveçin Kral Texnologiyaları İnstitutunda təlimlərdə iştirak etdi və sertifikata layiq görüldü

 25-31 avqust tarixində ERASMUS+EQAC “Azərbaycan Universitetlərində Keyfiyyətə Təminat Mərkəzlərinin yaradılması və inkişaf etdirilməsi (EQAC)” layihəsi çərçivəsində İsveçin Kral Texnologiyaları İnstitutunda “Keyfiyyətə təminat və qiymətləndirmə” adlı təlimlər  təşkil edilmişdir. Təlimlərdə Sumqayıt Dövlət Universitetindən Azərbaycan dili və onun  tədrisi metodikası kafedrasının laborantı Nihad Hüseynov iştirak etmiş və sertifikata layiq görülmüşdür.
Qeyd edək ki, layihədə Avropadan 5 (Böyük Britaniya, İspaniya, İsveç, Litva universitetləri), Azərbaycandan 11 universitet və Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfdaş qismində iştirak edirlər. Layihənin məqsədi Azərbaycan ali təhsil müəssisələrində Keyfiyyətin Təminatı Mərkəzlərinin yaradılması, iş prinsiplərinin beynəlxalq standartlara uyğunlaşdırılmasından ibarət olan, layihə çərçivəsində həyata keçiriləcək təlimlər, yerli və xarici səfərlər, onların idarə olunması məsələləri, ən əsası isə, sonda universtetlərdə keyfiyyətin daha mükəmməl idarəetmə sistemlərinin qurulması məqsədilə onlayın platformanın yaradılmasıdır.

 

Mətbuat xidməti

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az