Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | ERASMUS + PETRA layhəsi çərçivəsində növbəti təlim keçirildi
ERASMUS + PETRA layhəsi çərçivəsində növbəti təlim keçirildi
İyulun 27-də Sumqayıt Dövlət Universitetində PETRA layihəsi çərçivəsində iş planı 3-ə əsasən “Ali təhsil müəssisəsində elektron öyrənmə” mövzusunda növbəti təlim keçirildi. Təlimdə tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektoru, PETRA layihəsinin SDU üzrə meneceri dosent Natiq Talıbov, Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Samirə Məmmədova, Beynəlxalq əməkdaşlıq şöbəsinin və İnformasiya texnologiyaları şöbəsinin əməkdaşları iştirak etdilər. 
Təlimçi Xəzər Universitetinin ali təhsil müəssisələri üzrə elektron təhsil sahəsinin tədqiqatçısı Ülkər Bayramova “Research activities E-learning WP3” mövzusunda təqdimatla çıxış edərək tədqiqat istiqamətində qəbul edilən qanunlar, tədqiqatın aparılmasının ilkin mərhələləri, bu sahədə qarşıya çıxan problemlər, tədqiqat metodları haqqında  ətraflı məlumat verdi. Nəzərinizə çatdırırıq ki, E-təhsil informasiya və müasir texnologiyanın köməyi ilə baş verən təhsil sistemidir. YUNESKO mütəxəssislərinin fikrinə görə, "e-Learning - İnternet və multimedia vasitəsilə aparılan tədris metodudur". Elektron tədris elektron dərslikləri, təhsil xidmətləri və kompüter texnologiyalarını əhatə edir. Əslində, e-təhsil təhsilə kompüter xidmətlərindən istifadə etməklə başlamış, ənənəvi, klassik praktik məşqlər və alternativ kompüterlərdən istifadə etməklə təlimlər baş tutmuşdur.
Təlimin sonunda mövzu ətrafında suallar səsləndirildi, fikir mübadiləsi və iştirakçılar arasında debatlar aparıldı. 
 
 

Mətbuat xidməti

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az