Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Universitetdə Mühasibat uçotu üzrə vahid tədris proqramlarının müzakirəsi aparıldı
Universitetdə Mühasibat uçotu üzrə vahid tədris proqramlarının müzakirəsi aparıldı
İyulun 6-da Sumqayıt Dövlət Universitetində Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə Gənc Mühasiblər Birliyi tərəfindən  həyata keçirilən “Universitetlərdə yeni standartlara uyğun Mühasibat uçotu üzrə vahid tədris proqramlarının hazırlanması və müzakirələrin keçirilməsi ” adlı layihə ilə əlaqədar görüş keçirildi. Layihənin əsas məqsədi bu gün ölkədə yeni standartlara uyğun mühasibat uçotuna keçidlə bağlı universitetlərdə vahid tədris proqramının ilkin versiyasının hazırlanması, aidiyyatı qurumlara təqdim olunmasından ibarətdir.
Görüşdə  SDU-nun İqtisadiyyat və idarəetmə fakültəsinin dekanı dosent Aynurə Yəhyayeva, Maliyyə və mühasibat uçotu kafedrasının müdiri dosent Loğman Abdullayev, kafedranın əməkdaşları və Gənc Mühasiblər Birliyinin sədri Solmaz Əliyeva, Bakı Mühəndislik Universitetinin Mühasibat uçotu və audit kafedrasının müdiri Firudin Sultanov, BMU-nun baş müəllimləri Qalib Mikayılov, Sənan Hüseynzadə, “Sinam” MMC ERP sistemlərin tətbiqi şöbəsinin müdir müavini Elşən Şərifov, Maliyyə analitiki İbrahim Süleymanov, GMB ekspert qrupunun üzvləri Kəmaləddin Quliyev, Rauf Rzayev iştirak etdilər.
Tədbirdə İqtisadiyyat və idarəetmə fakültəsinin dekanı dosent Aynurə Yəhyayeva çıxış edərək  bu cür layihələrin mühasibatlığın inkişafındakı əhəmiyyətindən, mövcud problemlərin həllinin tapılmasında böyük rol oynayacağını bildirdi və bugünkü görüşün Sumqayıt Dövlət  Universitetində keçirilməsini yüksək qiymətləndirdi. Qeyd etdi ki, sıx əməkdaşlıq etməklə bu sahənin inkişafına böyük töhfə olacaq.
Maliyyə və mühasibat uçotu kafedrasının müdiri dosent Loğman Abdullayev çıxış edərək SDU-da Mühasibat uçotu və audit ixtisası üzrə tədris olunan dərs proqramları barədə çıxış etdi. Mövcud mühasibat uçotu proqramı nəzərdən keçirildi.
Gənc Mühasiblər Birliyinin sədri Solmaz Əliyeva layihə haqqında ətraflı məlumat verdi. Bildirdi ki, universitetlərdə görüşlər yekunlaşdıqdan sonra təşkilatımız ilə Maliyyə Nazirliyi yanında Maliyyə Elm-Tədris Mərkəzi tərəfindən birgə bu sahədə ixtisaslasmış ekspertlərdən ibarət işçi qrupu yaradılaraq vahid tədris proqramının ilkin versiyası hazırlanacaq, daha sonra Bakı şəhərində dəyirmi masa təşkil edilərək hazırlanmı6ş son proqramın müzakirəsi keçiriləcəkdir və ekspertlərin imzası ilə təsdiq olunaraq aidiyyatı qurumlara rəy almaq, sonra isə təsdiq olunmaq üçün Təhsil Nazirliyinə təqdim ediləcəkdir.  
Bakı Mühəndislik Universiteti Mühasibat uçotu və audit kafedrasının müdiri Firudin Sultanov BMU-da Mühasibat uçotu ixtisası, istifadə olunan dərs proqramları və kitablar barədə ətraflı məlumat verdi. 
Tədbir iştirakçıların müzakirələri ilə davam etdirildi və təkliflər səsləndirildi.
 
 

Mətbuat xidməti

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az