Əsas səhifə | Xəbərlər | Doktorantlar üçün PETRA layihəsi çərçivəsində növbəti təlim
Doktorantlar üçün PETRA layihəsi çərçivəsində növbəti təlim
İyunun 29-da universitetdə PETRA layihəsi çərçivəsində 3.4 iş planına əsasən növbəti təlim keçirildi. Tədbirdə SDU-nun doktorantları, Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Samirə Məmmədova və əməkdaşlar iştirak etdilər. 
Seminarı giriş sözü ilə Samirə Məmmədova açaraq PETRA layihəsi haqqında  məlumat verdi və layihə çərçivəsində keçirilmiş və keçirilməsi nəzərdə tutulan təlimlərin əhəmiyyətindən danışdı. Bildirdi ki, doktorant və dissertantlar elmi tədqiqatlarının nəticələrini əks etdirən məqalələrini müxtəlif reytinqli jurnallarda dərc etdirərkən müəyyən problemlərlə rastlaşırlar. Bu baxımdan belə seminarların keçirilməsi məqsədəuyğundur.
Tarix və onun tədrisi metodikası kafedrasının müəllimi  dosent Neyman Xasayev təqdimatla çıxış edərək doktorantlara məqalələrin yazılması və tədqiqatların aparılması qaydası haqqında geniş məlumat verdi. Qeyd etdi ki, elmi-texniki tərəqqinin nailiyyətlərinin geniş tətbiq olunduğu qloballaşan dünyada dövrün tələblərinə cavab verən elmi axtarış və tədqiqatların aparılması, bəşəriyyət üçün mühüm olan elmi nəticələrin əldə edilməsi alim və mütəxəssislərin, o cümlədən doktorant və dissertantların qarşısında duran mühüm vəzifələrdəndir. 
Dosent Neyman Xasayev dissertasiya işinin strukturunu, mövzunun aktuallığını şərtləndirən məqamlar, informasiya təminatı, dissertasiya işi üzrə analitik icmalın hazırlanması, qoyulmuş məsələlərin elmi-nəzəri əsasları, məqalələrin növləri və strukturu, elmi nəticələrin dərci və aprobasiyadan keçirilməsi, doktorant və dissertantların informasiya mədəniyyəti, elmi etika və plagiatlıq məsələləri haqqında ətraflı məlumat verdi.
Mövzu ətrafında suallar səsləndirildi və müzakirələr aparıldı.
 
 

Mətbuat xidməti

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt, Azərbaycan
43cü məhəllə
AZ5008
Telefon: +994-18 642-16-20
Faks: +994-18 642-02-70
E-Mail: info@sdu.edu.az