Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | ERASMUS+EQAC layihəsi çərçivəsində QMS təlimləri davam edir
ERASMUS+EQAC layihəsi çərçivəsində QMS təlimləri davam edir
Bakı Biznes Universitetinin Avropa Birliyi tərəfindən təsdiq olunmuş Erasmus+EQAC layihəsi öz fəaliyyətini davam etdirir. Sumqayıt Dövlət Universiteti də sözügedən layihənin 11 yerli tərəfdaşından biridir. Eyni zamanda 4 Avropa universiteti: İngiltərənin Middlesex Universiteti, İspaniyanın Alikante Universiteti, İsveçin Royal Texnologiya İnstitutu və Litvanın Tətbiqi Sosial Elmlər Universiteti  də bu layihədə tərəfdaşdırlar. 
Ali təhsil müəssisələrində Keyfiyyət Təminatı Mərkəzlərinin yaradılması və inkişafı məqsədini qarşıya qoymuş layihənin tərkib hissələrindən biri olan təlimlər 25-28 iyun tarixlərində Bakı Biznes Universitetində baş tutmuşdur. Təlimlərdə Bütün layihə tərfədaşları iştirak etmişlər. Avropa Birliyi miqyasında  təhsilin keyfiyyət təminatı sahəsində ixtisaslaşmış təlimçilərin dəvət aldığı tədbirdə universitetimizi Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Samirə Məmmədova, Azərbaycan dili və onun tədrisi metodikası kafedrasının laborantı Nihad Hüseynov və Keyfiyyətə nəzarət və qiymətləndirmə bölməsinin operatoru Sədaqət Fətullayeva təmsil etmişlər. Təmsilçilərimiz 4 gün davam edən tədbirdə Keyfiyyət Təminatı Mərkəzlərinin Avropa standartlarına uyğunlaşdırılması, həmin mərkəzin strategiyasının yazılması mövzularında təlimlər keçmiş, qrup halında verilən tapşırıqları müzakirə etmişlər. Təlimin sonuncu günü yaradılacaq  Keyfiyyət Təminatı Mərkəzlərinin mükəmməl modelinin iş planı  hər bir universitet tərəfindən  təqdimat şəklində hazırlanmış və  nümayiş olunmuşdur. 
 
 
 

Mətbuat xidməti

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az