Əsas səhifə | Xəbərlər | ERASMUS+ PETRA layihəsi çərçivəsində növbəti təlim
ERASMUS+ PETRA layihəsi çərçivəsində növbəti təlim
İyunun 11-də Sumqayıt Dövlət Universitetində PETRA layihəsi çərçivəsində “Tədqiqat bacarığının inkişaf etdirilməsi” mövzusunda növbəti təlim keçirildi. Təlimdə Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektoru, PETRA layihəsinin SDU üzrə meneceri dosent Natiq Talıbov, Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Samirə Məmmədova, şöbə əməkdaşları, doktorant və dissertantlar iştirak etdilər. 
Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektor dosent Natiq Talıbov tədbiri giriş sözü ilə açaraq PETRA layihəsi çərçivəsində görülən işlər, işçi qrupun üzvlərinin Finlandiyanın Yuvaskule Universitetində qazandıqları təcrübə və bilikləri iştirakçılarla paylaşdı, layihədə keçirilməsi nəzərdə tutulan  təlimlər haqqında məlumat verdi.
Təlimçi İqtisadiyyat və idarəetmə fakültəsinin maliyyə və mühasibat uçotu kafedrasının müdiri dosent Loğman Abdullayev “Tədqiqat imkanları” mövzusunda təqdimatla çıxış edərək tədqiqat sahəsində qəbul edilən qanunlar, tədqiqatın aparılmasının ilkin mərhələləri, bu sahədə qarşıya çıxan problemlər, tədqiqat metodları haqqında  ətraflı məlumat verdi.
Sonda mövzu ətrafında suallar səsləndirildi, fikir mübadiləsi aparıldı.
 
 

Mətbuat xidməti

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt, Azərbaycan
43cü məhəllə
AZ5008
Telefon: +994-18 642-16-20
Faks: +994-18 642-02-70
E-Mail: info@sdu.edu.az