Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU-nun rektoru Müqəddəs Ramazan bayramı münasibəti ilə kollektivi təbrik etdi
SDU-nun rektoru Müqəddəs Ramazan bayramı münasibəti ilə kollektivi təbrik etdi
Azərbaycanda tarixən  islam dəyərlərinə möhkəm bağlılıq olmuşdur. Tarixin müxtəlif mərhələlərində çətin sınaqlar qarşısında qalan xalqımız öz adət-ənənələrini, o cümlədən islam dininin dəyərlərini qoruyub yaşatmış, bu mədəniyyətin zənginləşməsinə öz töhfələrini vermişdir. Hər il ölkəmizdə böyük təntənə ilə keçirilən müqəddəs Ramazan bayramı cəmiyyətimizdə milli-mənəvi həmrəyliyin, humanizm, xeyirxahlıq və mərhəmət duyğularının parlaq təcəssümünə çevrilir. Müsəlmanlar bu ayda xeyirxah əməllərin, şəfqət və mərhəmət duyğularının fərəhini, mənəvi-ruhi kamilliyin nəfs üzərində qələbə sevincini yaşayırlar. Rektor professor Elxan Hüseynov hər il olduğu kimi, bu il də universitetin kollektivini müqəddəs Ramazan bayramı münasibətilə təbrik etdi və bildirdi ki, müqəddəs kitabımız Qurani-Kərimin nazil edildiyi Ramazan ayı islam dininin mənəviyyatı möhkəmləndirmək, müsəlmanlar arasında dini-mənəvi birlik duyğusunu gücləndirmək, ilahi hikmətlərdən daha da faydalanmaq işinə xidmət edən ən mübarək aylarından biridir. Bu münasibətlə rektor universitetin bütün əməkdaşlarını bayram hədiyyəsi olaraq pul mükafatı ilə sevindirdi. Hər kəsə cansağlığı, uzun ömür, əmin-amanlıq, elmin, təhsilin inkişafı yolunda yeni-yeni uğurlar arzuladı.
Qeyd edək ki, bu xeyirxahlıq missiyası Sumqayıt Dövlət Universitetində daima hiss olunur. İşçilərin sosial vəziyyətini yaxşılaşdırmaq məqsədilə hər il Dünya Azərbaycanlıların Həmrəyliyi Günü, Novruz, Ramazan, Qurban bayramları ərəfəsində universitetin bütün əməkdaşlarına maddi yardımlar olunur. Bu da kollektiv tərəfindən böyük rəğbətlə qarşılanır.
Ramazan bayramınız mübarək olsun!
 
 

Mətbuat xidməti

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az