Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | “Azərbaycan Silahlı Qüvvələrinin ermənilərə “Aprel mesajı” mövzusunda esse-yazı müsabiqəsinin təqdimatı keçirildi
“Azərbaycan Silahlı Qüvvələrinin ermənilərə “Aprel mesajı” mövzusunda esse-yazı müsabiqəsinin təqdimatı keçirildi
Mayın 23-də Sumqayıt Dövlət Universitetində Media və Təhsil  İnnovasiyaları Mərkəzi İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə  “Azərbaycan Silahlı Qüvvələrinin ermənilərə “Aprel mesajı” mövzusunda esse-yazı müsabiqəsinin təqdimatı keçirildi.
Əvvəlcə torpaqlarımızın azadlığı və bütövlüyü uğrunda şəhid olan Vətən övladlarının, o cümlədən Aprel döyüşləri şəhidlərinin ruhu bir dəqiqəlik sükutla yad edildi.
Təqdimatda Media və Təhsil  İnnovasiyaları Mərkəzi İctimai Birliyinin sədri Səidə Hüseynova çıxış edərək millətimizə şərəf, ordumuza qürur verən Aprel döyüşlərinin  tarixi mahiyətindən söz açdı, qələbəyə gedən yolda prezident,  Ali Baş Komandan İlham Əliyevin ordu quruculuğuna xüsusi diqqət və qayğı ilə yanaşdğını və həmçinin işğaldan azad edilmiş ərazilərə böyük qayıdışın əsasının qoyduğunu diqqətə çatdırdı. Səidə Hüseynova onu da bildirdi ki, esse-yazı müsabiqəsinin keçirilməsində məqsəd Azərbaycan Silahlı Qüvvələrinin 2016-cı ilin aprel ayında apardığı uğurlu hərbi əməliyyatlar və ermənilər üzərində qazanılmış hərbi psixoloji və mənəvi uğurları müsabiqə vasitəsilə təbliğ etməkdir. 
Birliyin İdarə Heyətinin üzvü Taleh Əliyev və layihənin eksperti İlham İsmayıl çıxış edərək müsabiqənin əhəmiyyətindən  bəhs etdilər. Bildirdilər ki, Azərbaycan Ordusunun parlaq tarixi qələbələrindən olan şanlı Aprel döyüşlərindən iki il ötür. Aprel hadisələri Azərbaycan xalqının həmrəyliyini nümayiş etdirdi. Siyasi mövqeyindən, sosial durumundan, maddi vəziyyətindən, əqidəsindən asılı olmayaraq, hər bir kəs öz vətəndaşlıq mövqeyini göstərdi. “Aprel mesajı” mövzusunda keçirilən esse müsabiqəsin də də hər bir tələbə öz mövqeyini göstərərək vətənə olan sevgisini bir daha nümayiş etdirmiş olacaq.
Qeyd edək ki, müsabiqə Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti və Sumqayıt Dövlət Universitetinin tələbələri arasında aparılacaq. Təqdim olunacaq esselər sayt və sosial şəbəkələr vasitəsilə yayımlanacaq və kitab şəklində nəşr ediləcək. Sonda qaliblərə diplom və qiymətli hədiyyələr, fəxri fərman təqdim olunacaq. 
 
 
 

Mətbuat xidməti

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az