Əsas səhifə | Xəbərlər | Erasmus+LPEB layihəsi çərçivəsində Fizika və elektroenergetika fakültəsinin tələbələri üçün təlim keçirildi
Erasmus+LPEB layihəsi çərçivəsində Fizika və elektroenergetika fakültəsinin tələbələri üçün təlim keçirildi
Mayın 11-də Sumqayıt Dövlət Universitetində «Rusiya Federasiyası, Çin və Azərbaycanda binaların enerji və ekoloji səmərəliliyi üzrə açıq və distant təhsil formasında peşə bakalavrı” adlı ERASMUS+LPEB layihəsi çərçivəsində təlim keçirildi. Avropa eksperti Kristyan Jarri  tərəfindən aparılan təlim  Fizika və elektroenergetika fakültəsinin tələbələri üçün təşkil edilmişdir. 
Tədbirdə layihənin SDU üzrə meneceri dosent Qafar Atayev, Fizika və elektroenergetika fakültəsinin dekanı dosent Tamella Əhmədova, həmin fakültənin Mexanika kafedrasının müdiri dosent Turqay Hüseynov və müəllim – tələbə heyəti, Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Samirə Məmmədova və şöbənin könüllü tələbə əməkdaşları iştirak etdilər.
Təlimdə iqlimin istiləşməsinə qarşı mübarizə, bərpa olunan enerjilərin səfərbər olunması, tərəfdaş ölkələrdə ali təhsildəki islahatlar, modernləşmələrə dəstək, bu ölkələrdə ali təhsilin keyfiyyətinin yüksəldilməsi, tərəfdaş ölkələr və Avropa İttifaqına uzv ölkələr arasında ali təhsil və Elmi Tədqiqat İnstitutları şəbəkəsinin yaradılmasının təkmilləşdirilməsi, prioritet sayılan akademik fənlər üzrə fənn proqramlarının Avropa Kredit Transfer və Akkumilyasiya sistemi (ECTS), 3 səviyyəli təhsil sistemi və diplomların tanınması istiqamətində görülən işlər müzakirə olundu.
Onu da qeyd edək ki, Azərbaycanı layihədə Sumqayıt Dövlət Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti və Azərbaycan Texniki Universiteti təmsil edir.
 
 

Mətbuat xidməti

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt, Azərbaycan
43cü məhəllə
AZ5008
Telefon: +994-18 642-16-20
Faks: +994-18 642-02-70
E-Mail: info@sdu.edu.az