Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | “Nə? Harada? Nə zaman?” intellektual bilik yarışı keçirildi
“Nə? Harada? Nə zaman?” intellektual bilik yarışı keçirildi
Mayın 7-də Sumqayıt Dövlət Universitetində Tələbə Həmkarlar İttifaqı Komitəsinin  təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 –ci ildönümünə həsr olunmuş   “Nə? Harada? Nə zaman?” intellektual bilik yarışı keçirildi. 
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad olundu. 
Humanitar məsələlər üzrə prorektor dosent  Ramiz Hüseynov çıxış edərək iştirakçıları salamladı və müstəqil Azərbaycan dövlətinin banisi və qurucusu olan dahi şəxsiyyətin ölkə təhsilinin inkişafındakı əvəzsiz xidmətlərindən danışdı.  Bildirdi ki, Azərbaycan təhsilinin yüksək sürətlə inkişafı məhz Ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndər 1969-cu ildə hakimiyyətə gəldiyi dövrdən Azərbaycanda orta və ali təhsilin yüksək səviyyədə inkişafı, o cümlədən ölkədən kənarda kadr hazırlığı başlandı.  Ümummilli lider Heydər Əliyev dövlət idarəçiliyinin bütün mərhələlərində elm və təhsilin inkişafına xüsusi qayğı ilə yanaşdığını, bilikli cəmiyyət naminə bütün imkanların səfərbər edilməsinə yönəldiyini bildirdi. Prorektor onu da vurğuladı ki, ümummilli lider Heydər Əliyevin layiqli davamçısı, ölkə Prezidenti cənab  İlham Əliyev də Ulu öndərin siyasi kursuna sadiq qalaraq digər sahələrlə yanaşı, təhsilimizə də yüksək qayğı göstərir. Keçirilən bilik yarışının əhəmiyyətinə toxunan dosent Ramiz Hüseynov bu yarışın tələbələrin müxtəlif fənlərə marağının artırılmasına, həmçinin həmin fənlər üzrə onların hazırlıq səviyyəsinin nümayiş etdirilməsinə şərait yaratdığını, istedadlı gənclərin aşkara çıxarılmasına xidmət etdiyini bildirərək gənclərimizin daha yüksək səviyyədə yetişməsinə xidmət edəcəyinə, onlarda elmi motivasiya hissini gücləndirəcəyinə və gələcək uğurlara istiqamətləndirəcəyinə əminliyini bidirdi, komandalara uğurlar arzuladı. 
Yarışda 7 komanda iştirak etdi. Komandalar 3 turdan ibarət birinciliyin qalibi olmaq uğrunda mübarizə apardılar. Nəticələrə əsasən Tarix və coğrafiya fakültəsinin komandası birinci, Riyaziyyat fakültəsinin komandası ikinci, Kimya və biologiya fakültəsinin komandası isə üçüncü oldu.
Sonda qalib komandanın üzvlərinə diplom və kubok təqdim edildi.
 
 

Mətbuat xidməti

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az