Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Azərbaycanın görkəmli yazıçısı Hüseyn Cavidin həyat və yaradıcılığına həsr olunmuş tələbə konfransı keçirildi
Azərbaycanın görkəmli yazıçısı Hüseyn Cavidin həyat və yaradıcılığına həsr olunmuş tələbə konfransı keçirildi
Mayın 2 -də Filologiya fakültəsinin Azərbaycan və xarici ölkələr ədəbiyyatı kafedrasında Azərbaycan romantik ədəbiyyatının görkəmli nümayəndəsi, böyük türkoloq, yazıçı Hüseyn Cavidin həyat və yaradıcılığına həsr olunmuş tələbə konfransı keçirildi. 
Konfransda Filologiya fakültəsinin dekanı dosent Sevinc Həmzəyeva, dekan müavini Zöhrə Qafarova, Azərbaycan və xarici ölkələr ədəbiyyatı kafedrasının müdiri professor Aftandil Məmmədov, Azərbaycan dili və onun tədrisi metodikası kafedrasının müdiri filologia üzrə fəlsəfə doktoru Böyükxanım Eminli, baş laborant Mətanət Ağasıyeva və tələbələr iştirak etdilər. Tədbiri giriş sözü ilə açan Azərbaycan və xarici ölkələr ədəbiyyatı kafedrasının dosenti Törə Məmmədova Cavid yaradıcılığının əhəmiyyətini vurğulayaraq həm dövlət, həm universitet səviyyəsində Cavid yaradıcılığına diqqəti önə çəkdi. İştirakçılara öz təşəkkürünü bildirərək konfransın proqramı haqqında məlumat verdi.
Fakültənin müxtəlif qruplar üzrə tələbələri Samirə Məmmədova, Nurayə İsayeva, Cahan Sevdimalıyeva, İlahə İsazadə, Zəhra Həşimova, Minə Səfixanova, Günay Əkbərova, Saməddin Qənbərov H.Cavid yaradıcılığına nəzər salaraq “H.Cavid yaradıcılığında türkçülük”, “Peyğəmbər” əsərinin ideya-məzmun xüsusiyyətləri”, “Afət” əsərində Afət və Ərtoğrul obrazları”, “Maral” əsərində qadın taleyi”, “Səyavuş” əsərində müəllif ideyasının bədii təcəssümü”, “İblis” əsərində demonizm problemi” adlı məruzələrlə çıxış etdilər. Əvvəlcədən müəyyənləşdirilmiş münsiflər heyəti konfransın ən yaxşı iki məruzəçisini seçdi. Tələbələr hədiyyə və Filologiya fakültəsinin təşəkkürnamələri ilə təltif olundular. Konfransa şair professor Rafiq Yusifoğlu yekun vuraraq tələbələri təbrik etdi, onların əməyini yüksək qiymətləndirərək bir sıra dəyərli tövsiyələrini verdi. Belə konfransların tələbə yaradıcılığına böyük stimul verdiyini qeyd etdi.
 
 
 
 

Mətbuat xidməti

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az