Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | II MİLLİ MÜHASİBLƏR FORUMU
II MİLLİ MÜHASİBLƏR FORUMU
Son illər ölkə həyatının bütün sahələrində reallaşdırılan məqsədyönlü tədbirlər öz uğurlu nəticələrini verib. İqtisadiyyatın müxtəlif sahələrində ölkəmizin imkanlarını artırmaqla yanaşı, regional və beynəlxalq əməkdaşlığın inkişafı işinə də xidmət edir. Əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş inkişaf strategiyasının Prezident İlham Əliyevin yeni mərhələdə uğurla davam etdirməsi bu gün müstəqil Azərbaycanı regionun ən güclü və qüdrətli dövlətlərindən birinə çevirmişdir. Bütün bunların nəticəsi olaraq Azərbaycan hazırda daha geniş geosiyasi arealda sülh, tərəqqi və sabitlik, iqtisadi əməkdaşlıq mərkəzi kimi tanınır.
Aprelin 28-dən 29-dək Azərbaycan Respublikası Vergilər Nazirliyinin, Azərbaycan Respublikası Auditorlar Palatasının, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının, İqtisadi Resursların Öyrənilməsi İctimai Birliyinin, Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiyasının (ARPA), İqtisadi Araşdırmalar və Tədris Mərkəzinin, Professional Maliyyə Menecerləri Assosiayasının və Gənc Mühasiblər Birliyinin birgə təşkilatçılığı ilə Şamaxı rayonundakı AR Vergilər Nazirliyinin Tədris Mərkəzində  “II  MİLLİ  MÜHASİBLƏR  FORUMU” keçirildi. Forumda Sumqayıt Dövlət Universitetinin Maliyyə və mühasibat uçotu kafedrasının müdiri dosent Loğman Abdullayev, həmin kafedranın baş müəllimi Bəxtiyar Davudov, İqtisadiyyat kafedrasının baş müəllimi Səadət Hümbətəliyeva, Biznesin təşkili və Menecment  kafedrasının magistrantı  Murad  Qasımov iştirak etdilər. Forumun Plenar iclasında “II  MİLLİ  MÜHASİBLƏR  FORUMU” təşkilat komitəsinin sədri Ruslan Atakişiyev, AR Vergilər Nazirinin 1-ci müavini Sahir Məmmədxanov, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının sədri Məmməd Musayev, AR Auditorlar Palatasının sədri professor Vahid Novruzov cıxış etdilər. 
Sonra Forum müxtəlif bölmələrdə davam etdi və mühasibatlıq sahəsində mövcud vəziyyət və problemlər, vergi qanunvericiliyi və mühasibat uçotu, maliyyə hesabatının beynəlxalq standartlarının tətbiqində təhsil və sertifikasiyanın rolu, kommersiya qurumlarında mühasibat uçotunun problemləri, mühasibat uçotu proqramları təminatında müasir çağırışlar və s. mövzularda təqdimatlar və çıxışlar iştirakçıların diqqətinə çatdırıldı.  
 
 

Mətbuat xidməti

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az