Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Kolumbiyanın Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Sumqayıt Dövlət Universitetində məruzə ilə çıxış edəcək
Kolumbiyanın Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Sumqayıt Dövlət Universitetində məruzə ilə çıxış edəcək

Kolumbiyanın Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Assad Jose Jater Pena Sumqayıt Dövlət Universitetində oldu.
SDU-nun rektoru Elxan Hüseynov cənab səfiri universitetimizdə gördüyünə məmnun olduğunu bildirdi. Görüşdə rektor Elxan Hüseynov rəhbərlik etdiyi ali məktəbin yaranma tarixi, tədris prosesi, burada fəaliyyət göstərən Əcnəbi tələbələrin hazırlıq  mərkəzi və beynəlxalq əlaqələri barədə məlumat verdi. Universitetin maddi-texniki bazasından danışan rektor söylədi ki, 37 auditoriyada proyektorlar quraşdırılmış, ağıllı elektron lövhələr yerləşdirilmişdir. Universiteti sürətli internetlə təmin etmək məqsədi ilə optik kabel çəkilmiş, geniş lokal  şəbəkə yaradılmışdır.
Rektor Azərbaycanda təhsil sahəsində həyata keçirilən layihələr, ali təhsilin strateji istiqamətləri, "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası"nın, "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı"nın icra vəziyyəti və bu sahədə yeni proqramın hazırlanması barədə məlumat verdi.
Rektor onu da vurğuladı ki, Azərbaycanda yeni açılan Kolumbiya səfirliyi hər iki ölkə arasında əlaqələrin inkişafında səmərəli rol oynayacaqdır. E.Hüseynov Azərbaycan ilə Kolumbiya arasında təhsil sahəsində əməkdaşlığın genişləndirilməsi üçün mütəxəssislərin, müəllimlərin və tələbələrin mübadilə proqramlarının həyata keçirilməsinin, təhsil sərgilərinin təşkil olunmasının, hər iki ölkənin ali təhsil ocaqları arasında əlaqələrin qurulmasının, müqavilə-hüquq bazasının genişləndirilməsinin önəmini qeyd etdi.
Assad Jose Jater Pena Kolumbiya səfirliyinin  Azərbaycanda açılmasının hər iki ölkənin mədəni, ictimai və siyasi sahələrdə əlaqələrinin genişlənməsinə müsbət təsir göstərəcəyini söylədi. Təhsil sahəsindəki əməkdaşlığın əhəmiyyətini qeyd edən səfir SDU ilə Kolumbiya universitetləri arasında əlaqələrin qurulmasına böyük önəm verdiyini vurğuladı.
Assad Jose Jater Pena Nobel mükafatı laureatı Qabriel Qarsia Markesin iki kitabını rektora hədiyyə etdi.
Rektor Elxan Hüseynov kolumbiyalı diplomatı universitetin Heydər Əliyev Mərkəzi ilə tanış etdi. Türk dünyasının böyük oğlu, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu   Heydər Əliyevin qranitdən hazırlanmış barelyefi, ona aid kitablar və sənədlər qonağın marağına səbəb oldu.
Səfir rektor Elxan Hüseynov və Xarici dil kafedrasının müdiri Nigar İsgəndərova ilə birlikdə auditoriyalarda aparılan dərsləri müşahidə etdi,  tələbələrlə fikir mübadiləsi apardı və söz verdi ki, qısa zaman kəsiyində onlarla görüşüb Kolumbiyanın tarixi, universitetləri və orada təhsil almağın üstünlükləri barəsində məlumat verəcək.
Sonda qonağa universitetin plan –prospektini özündə əks etdirən gündəlik hədiyyə edildi.

Mətbuat xidməti

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az