Əsas səhifə | Xəbərlər | 2018-ci il aprelin 11-də Azərbaycanda keçirilən seçkilərdə cənab İlham Əliyevin prezident vəzifəsinə yenidən seçilməsi münasibətilə Sumqayıt Dövlət Universitetinin rektoru professor Elxan Hüseynov təbrik teleqramı ünvanladı
2018-ci il aprelin 11-də Azərbaycanda keçirilən seçkilərdə cənab İlham Əliyevin prezident vəzifəsinə yenidən seçilməsi münasibətilə Sumqayıt Dövlət Universitetinin rektoru professor Elxan Hüseynov təbrik teleqramı ünvanladı
AZƏRBAYCAN  RESPUBLİKASININ  PREZİDENTİ 

ZATİ-ALİLƏRİ  İLHAM  ƏLİYEVƏ
 
Möhtərəm cənab Prezident! 2018-ci il aprelin 11-də keçirilmiş Azərbaycan Respublikası Prezidentinin seçkilərində qazandığınız inamlı qələbə münasibətilə 
Sizi  Sumqayıt Dövlət Universitetinin professor-müəllim heyəti və tələbələri adından 
təbrik  edirik! Qədirbilən xalqımız müdrik liderinə səs verdi!
 
Zati-Aliləri! Siz Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin ideyalarını  əzmlə həyata keçirərək Azərbaycan dövlətçiliyinin möhkəmlənməsini uğurla davam etdirirsiniz. Azərbaycan Respublikası ictimai həyatın bütün sahələrində mühüm uğurlar qazanır, beynəlxalq aləmdə nüfuzunun artırılması yolu ilə qətiyyətlə irəliləyir. Bu uğurlar Sizin adınızla, Sizin rəhbərliyinizlə həyata keçirilən ardıcıl daxili və xarici siyasətlə bilavasitə bağlıdır. Siz ölkəmizin firavanlığı və çiçəklənməsi, dünya siyasi arenasında nüfuzunun və təsirinin möhkəmlənməsi üçün misilsiz işlər görürsünüz. Azərbaycan Respublikasının daha da inkişaf etməsinə yönəlmiş fədakar əməyiniz Sizə haqlı olaraq həm doğma ölkəmizdə, həm də onun hüdudlarından çox-çox uzaqlarda dərin hörmət qazandırmışdır.
Ölkəmizdə elm və təhsil sahələri də davamlı inkişaf mərhələsindədir. Azərbay¬can təhsili son illər ərzində aparılan məqsədyönlü islahatlar, həyata keçirilən layihələr nəticəsində beynəlxalq təhsil məkanına uğurla inteqrasiya edir, Sizin tövsiyə etdiyiniz kimi, xalqımızın neft kapitalı tədricən insan kapitalına çevrilir. 
Möhtərəm cənab Prezident! Böyük məsuliyyət və qürur hissi ilə bildiririk ki, Sumqayıt Dövlət Universiteti də inkişaf və yüksəliş yollarında inamla addımlayır. Sizi əmin edirik ki, universitetin hər bir üzvü Sizin əzmlə həyata keçirdiyiniz daxili və xarici siyasəti var gücü ilə dəstəkləyir və ətrafınızda daha sıx birləşir. 
Zati-Aliləri! Azərbaycan Respublikası Prezidentinin seçkilərində qazandığınız növbəti inamlı qələbə münasibətilə Sizi bir daha təbrik edir, Sizə uzun ömür, möhkəm cansağlığı, firavanlıq, səadət, tükənməz yaradıcılıq enerjisi, Azərbaycan  xalqının rifahı naminə çoxşaxəli ali dövlət fəaliyyətinizdə yeni uğurlar diləyirik. Əminik ki, Sizin məqsədyönlü və çoxşaxəli fəaliyyə¬tiniz bundan sonra da Azərbaycan Respublikasının firavanlığına, onun beynəlxalq aləmdə nüfuzunun möhkəmlənməsinə və Azərbaycan xalqının rifahının yüksəlməsinə xidmət edəcəkdir.
 
Dərin hörmətlə,

Sumqayıt Dövlət Universitetinin 
professor-müəllim və tələbə heyəti adından 

Rektor                                                            Elxan Hüseynov
 
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt, Azərbaycan
43cü məhəllə
AZ5008
Telefon: +994-18 642-16-20
Faks: +994-18 642-02-70
E-Mail: info@sdu.edu.az