Əsas səhifə | Xəbərlər | Qadın bəşəriyyətin gələcəyidir
Qadın bəşəriyyətin gələcəyidir
Sumqayıt Dövlət Universitetində 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə bayram tədbiri keçirildi.  Tədbirdə çıxış edən universitetin rektoru professor Elxan Hüseynov SDU-da çalışan bütün xanım əməkdaşları və tələbələri qarşıdan gələn 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik etdi, onlara ailə xoşbəxtliyi, ictimai fəaliyyətlərində uğurlar dilədi. 
Rektor Azərbaycanda qadınlara göstərilən dövlət qayğısından, onların cəmiyyətdə tutduqları yüksək mövqedən söz açdı. Bildirdi ki, bu gün Azərbaycan qadınının səsi ən yüksək pillələrdən gəlir. Qadınlar tarix boyu xalqımızın taleyində əhəmiyyətli rol oynayıblar. Tarixin bütün dövrlərində qadınlarımız həm sədaqətli həyat yoldaşı, həm görkəmli ictimai xadim, həm də təmsil olunduğu sahədə özünü peşəkar mütəxəssis kimi təsdiq edərək kişilərlə bərabər çiyin-çiyinə çalışırlar. Əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan Azərbaycanın gender siyasəti Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməkdədir. Dövlət başçısı gender məsələlərinə xüsusi həssaslıqla yanaşır, bu sahədə bütün müvafiq addımların atılmasına şəxsən nəzarət edir. Bu gün Prezident cənab İlham Əliyevin yürütdüyü siyasət nəticəsində qadınlara ictimai həyatın bütün sahələrində bərabər imkanlar yaradılmışdır. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti, UNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva bütün dünyaya sübut edir ki, Azərbaycan qadını gözəl ana olmaqla yanaşı, həm də ictimai xadim ola bilər. Mehriban Əliyeva özünün həm ictimai-siyasi fəaliyyəti, həm də elmi yaradıcılığı ilə müasir dövrdə Azərbaycan qadınlarına nümunədir. O, müasir Azərbaycan qadın hərəkatının lideri kimi ölkəmizin tərəqqisi naminə mühüm işlər görür.
Rektor professor Elxan Hüseynov bayram münasibətilə universitetin ictimai həyatında fəal iştirakına görə bir qrup qadın əməkdaşına Fəxri Fərman və pul mükafatı təqdim etdi. Tədbirdə həmçinin bir qrup xanım əməkdaşımız Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı cənab Zakir Fərəcov tərəfindən qiymətli hədiyyə ilə təltif olundu.
Tədbir konsert proqramı ilə davam etdi. Qadınlara həsr olunmuş musiqili proqramda tanınmış incəsənət ustaları və universitetin “Səma” rəqs qrupunun üzvləri öz ifaları ilə tədbir iştirakçılarına xüsusi ovqat bəxş etdi. 
 

Mətbuat xidməti

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt, Azərbaycan
43cü məhəllə
AZ5008
Telefon: +994-18 642-16-20
Faks: +994-18 642-02-70
E-Mail: info@sdu.edu.az