Əsas səhifə | Xəbərlər | Tələbə idmançılarımızın parlaq qələbəsi
Tələbə idmançılarımızın parlaq qələbəsi

İdmançılarımızın hər dəfə qazandıqları qalibiyyətlər, bayrağımızı ucaltmaları universitetimizə şərəf gətirən amillərdir. 
Fevral 21-dən 23-dək Bakı İdman Sarayında yeniyetmə və gənclər arasında sərbəst və yunan-Roma güləşi üzrə Azərbaycan çempionatı keçirildi.Üçüncü yarış günündə 55, 60, 63, 67, 72, 77, 82, 87, 97 və 130 kq çəki dərəcələrində yunan-Roma güləşi üzrə 126 gənc pəhləvan mübarizə apardı. Universitetimizin Kimya və biologiya fakültəsinin  tələbələri:  Fuad Şahverənov  130 kq çəki dərəcəsində II yeri, Cəlal Əliyev 72 kq çəkidə III yeri tutdular.
Fevralın 23-də  Paralimpiya İdman Kompleksində “26 fevral – Xocalı Soyqırımı Günü”nə həsr edilmiş pnevmatik silahdan güllə atıcılığı üzrə Sumqayıt kuboku keçirildi. Yarışda şəhərin ali, orta ixtisas məktəbləri və peşə liseyləri olmaqla, ümumilikdə 7 komanda qalib adı uğrunda mübarizə apardı. Hər komandanın tərkibi 4 oğlan, 1 qızdan ibarət oldu.Gərgin və maraqlı idman mübarizəsi şəraitində keçən yarışda  3 nömrəli Sumqayıt Peşə Liseyinin komandası 237 xalla birinci, Sumqayıt Dövlət Universitetinin komandası 212 xalla və Sumqayıt Dövlət Texniki Kollecinin komandası 193 xalla müvafiq olaraq ikinci, üçüncü yerləri tutmuşdur.Yarışın qalib və mükafatçıları şəhər Gənclər və İdman Baş İdarəsinin fəxri fərman, hədiyyə və kuboku ilə təltif olundular.
Gənclər və İdman Nazirliyi və Stolüstü Tennis Federasiyasının birgə təşkilatçılığı ilə Bədən tərbiyəsi və idman gününə həsr olunmuş Azərbaycan çempionatı başa çatdı. Çempionatda respublikanın şəhər və rayonlarından 60-a yaxın idmançı iştirak etdi. Şəxsi, komanda, qoşa və qarışıq qoşa dərəcədə keçirilən çempionatda Bakı, Sumqayıt, Şəki, Şirvan, Şabran, Balakən, Qax, Gəncə, Salyan, Gədəbəy, Samux və digər rayonlardan olan idmançılar iştirak etdilər. Kimya və biologiya fakültəsinin  tələbəsi   Nurlan Həsənov qoşa  yarışlarda bütün rəqiblərinə qalib  gələrək I yerə layiq görüldü.            

Mətbuat xidməti

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt, Azərbaycan
43cü məhəllə
AZ5008
Telefon: +994-18 642-16-20
Faks: +994-18 642-02-70
E-Mail: info@sdu.edu.az