Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Erasmus+LPEB layihəsinin növbəti təlimi
Erasmus+LPEB layihəsinin növbəti təlimi

Universitetimizin bir qrup nümayəndə heyəti, Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektor dosent Natiq Talıbov, Qiyabi, distant və əlavə təhsil üzrə prorektor dosent Qafar Atayev, Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Samirə Məmmədova, Elektromexanika kafedrasının müdiri dosent Turqay Hüseynov, Elmi hissənin müdiri dosent Samir Orucov, İnformasiya Texnologiyalar Mərkəzinin mühəndis sistem texniki Anar Dünyamalıyev fevralın 19-dan 23-dək  Azərbaycan Texniki Universitetində keçirilən “Rusiya Federasiyası, Çin və Azərbaycanda binaların enerji, ekoloji səmərəliliyi üzrə açıq və distant təhsil formatında peşə bakalavrı” ERASMUS+LPEB layihəsinin beynəlxalq pilot qrupunun 3-cü seminarında iştirak etdilər.Seminarda həmçinin İtaliyanın ölkəmizdəki səfiri Auqusto Massarini və layihədə iştirak edən 8 ölkədən- Fransadan-3, İtaliyadan-3, Almaniyadan-1, İspaniyadan-1, Bolqarıstandan-1, Rusiya Federasiyasından-13, Çin Xalq Respublikasından-3, Azərbaycandan-5, universitet və təşkilat təmsil olundu. 
Tədbirdə seminarın proqramının təqdimatı keçirildi. 2017-2018-ci tədris ilində pilot ixtisaslar üzrə tələbə qəbulunun nəticələri və 2018-2019-cu il üçün qəbul planı, fasiləsiz təhsil sisteminin modullarının və təhsil alan istehsalat nümayəndələrinin təqdimatı, layihənin WEB saytın təqdimatı(FR, RU və CN dillərində), binaların enerji səmərəliliyi üzrə Sahibkarlıq modulu, reallaşdırılmış və reallaşdırılacaq emalatxanaların təqdimatı, pilot ixtisaslar üzrə hər bir universitetdə istifadə edilən kiber məkan, tədris planı və istifadə olunan resursların təqdimatı, ikili diplom müqavilələrinin və təklif olunan mobillik layihələrinin təqdimatı, xronoqramın təqdimatı və dəqiqləşdirilməsi, tərəfdaş universitetlər arasında qarşılıqlı fəaliyyətin planlaşdırılması, regional pilot qruplarının və koordinasiya missiyalarının planlaşdırılması ilə əlaqədar mövzular müzakirə olundu.
Daha sonra çıxış edən xarici qonaqlar Azərbaycan ali təhsili ilə bağlı təəssüratlarını bölüşüblər.

Mətbuat xidməti

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az