Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Əməkdaşlarımız İnklüziv təhsilə həsr edilmiş Beynəlxalq konfransda
Əməkdaşlarımız İnklüziv təhsilə həsr edilmiş Beynəlxalq konfransda
Fevralın 12-dən 14-dək Dünya Əngəllilər Vəqfi (WDU), Azərbaycan Əlil Təşkilatları İttifaqı və Müstəqil Həyat İnkişaf və Dəstək Mərkəzinin birgə təşkilatçılığı ilə Azərbaycan Dövlət İqtisad Universitetində “İnklüziv ali təhsil: beynəlxalq trendlər və UNEC təcrübəsi” mövzusunda Beynəlxalq konfrans keçirildi. Konfrans 2 günlük təlimlərlə işini davam etdirdi. Birləşmiş Ərəb Əmirliklərinin Zayed sosial milli müdafiə təşkilatının tədris sektorunun baş təlimçiləri Şarov Kiqan və Tina Merk, “Müstəqil həyat” ictimai birliyinin sədri Aydın Xəlilov, UNEC kitabxanasının baş biblioqrafı Arzu Məmmədli, UNEC-in Menecment kafedrasının müəllimi Şəhla Qəhrəmanova, “Loqos” psixoloji mərkəzin psixoloqu Rafiq Allahverdiyev  inklüziv təhsil və əlilliyi olan tələbələrin məşğulluğu ilə bağlı məlumat verdilər. 
Tədbirdə Sumqayıt Dövlət Unversitetini Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Samirə Məmmədova, Xarici dillər kafedrasının baş müəllimi Təranə Quliyeva təmsil etdilər. Qeyd edək ki, Təranə Quliyeva SDU-da Əlilliyi olan tələbələr üçün  Mərkəzin koordinatorudur. 
Məlumat üçün bildirək ki, ölkədə təhsilin inkişafına görə dövlət strategiyasından irəli gələn xüsusi qayğıya ehtiyacı olan insanlar üçün inklüziv təhsil modelinin yaradılması ilə bağlı ardıcıl işlər görülür. Bununla bağlı hüquqi baza yaradılmışdır. Azərbaycan əhalisinin 6 faizini fiziki məhdudiyyətlilər təşkil edir. Azərbaycan 85 ölkənin daxil olduğu Dünya Əlillər Vəqfinin üzvüdür. 2018-2024-cü illər üçün Azərbaycanda sağlamlıq imkanları məhdud şəxslər üçün inklüziv təhsil barədə dövlət proqramı qəbul olunmuşdur.
 

Mətbuat xidməti

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az