Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Mevlana Mübadilə Proqramının növbəti təqdimatı keçirildi
Mevlana Mübadilə Proqramının növbəti təqdimatı keçirildi
Fevralın 8-də Mövlanə Mübadilə Proqramının texniki fakültələr üzrə növbəti təqdimatı keçirildi.Təqdimatı giriş sözü ilə Qiyabi, distant və əlavə təhsil üzrə prorektor dosent Qafar Atayev açaraq Sumqayıt Dövlət Universitetinin xarici ölkə universitetləri ilə ikitərəfli münasibətlərinin qurulması və beynəlxalq standartlara uyğunlaşması istiqamətində aparılan işlərin səmərəli təşkilindən  bəhs etdi. Bildirdi ki, Mövlanə Mübadilə Proqramı yüksək keyfiyyətli təhsilin və beynəlxalq təcrübənin öyrənilməsi baxımından xüsusi əhəmiyyətə malikdir.Mövlanə Mübadilə Proqramı ölkə daxilində təhsil verən ali təhsil müəssisələri ilə ölkə xaricində təhsil verən ali təhsil müəssisələri arasında tələbə və akademik heyətin mübadiləsini imkanlaşdıran bir proqramdır. Digər mübadilə proqramlarından fərqli olaraq, heç bir coğrafi bölgə fərqi olmadan mübadilə proqramının strukturundakı mobillik bütün dünyadakı ali təhsil qurumlarını əhatə edir. Prorektor dosent Qafar Atayev onu da qeyd etdi ki, Mövlanə Mübadilə Proqramının reallaşması SDU-nun beynəlxalq elmi əlaqələrinin inkişafı və elmi potensialının artması baxımından mühüm əhəmiyyət daşıyır.  Bu səbəbdən də belə proqaramlarda akademik heyətin mütəmadi iştirakı zəruridir.  
Sonra Beynəlxalq əməkdaşlıq şöbəsinin baş metodisti Dilarə Əmiraslanova  Mövlanə Mübadilə Proqramı haqqında təqdimatla çıxış edərək mübadilə proqramında iştirak şərtləri, təqaüdlər, sənədlər və Türkiyə universitetləri barədə ətraflı məlumat verdi. 
Proqramda iştirak etmiş Tarix və onun tədrisi metodikası kafedrasının müəllimi Samir Kərimli  Adnan Menders Universitetində keçdiyi mübadilə təcrübəsi haqqında məlumatla çıxış etdi.
Sonra Beynəlxalq  əməkdaşlıq şöbəsinin müdiri Samirə Məmmədova  beynəlxalq mübadilə proqramları və növbəti həftələrdə keçiriləcək tədbirlər haqqında professor-müəllim heyətini məlumatlandırdı və müəllimləri bu proqramlardan faydalanmağa dəvət etdi.
Tədbir mövzu ilə əlaqədar verilən sualların müzakirəsi ilə davam etdirildi.
 
 

Mətbuat xidməti

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az