Əsas səhifə | Xəbərlər | Rektor növbəti dəfə payız imtahan sessiyasının gedişini izlədi
Rektor növbəti dəfə payız imtahan sessiyasının gedişini izlədi

Yanvarın 25-də Sumqayıt Dövlət Universitetinin rektoru professor Elxan Hüseynov, Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektor dosent Natiq Talıbov, Humanitar məsələlər üzrə prorektor dosent Ramiz Hüseynov, Qiyabi, distant və əlavə təhsil üzrə prorektor dosent Qafar Atayev, İqtisadi məsələlər üzrə prorektor Naib Hacıyev, Tədris Metodik Mərkəzin direktoru dosent İsabal Qurbanov və fakültə dekanları  Filologiya, Riyaziyyat, İqtisadiyyat və idarəetmə, Tarix və coğrafiya, Mühəndislik fakültələrində keçirilən imtahan prosesini  izlədilər və tələbələrin imtahanların gedişinə münasibəti ilə maraqlandılar.
Rektor tələbələrin problemləri ilə maraqlanaraq bildirdi ki, universitetdə sessiyanı normal şəraitdə, obyektiv başa çatdırmaq məqsədi ilə hər cür şərait yaradılıb. Belə ki, universitetdə Operativ qərargah və “Qaynar xətt” fəaliyyət göstərir. Qiymətlərinə etirazı olan tələbələr apelyasiya komissiyasına ərizə ilə müraciət edə bilərlər. Bununla yanaşı, SDU-nun fəaliyyətinə ictimai nəzarətin həyata keçirilməsi, eləcə də imtahan sessiyasının obyektiv və şəffaf şəraitdə keçirilməsi barədə ictimaiyyəti məlumatlandırmaq məqsədilə  universitetin rektorluğu yanında İctimai Nəzarət və Məsləhət Şurası yaradılıb. Təbii ki, bütün bunlar imtahanların tam obyektivliyinin təmin olunmasına xidmət edir. 
Rektorun semestr boyu ümumi nəticəsi yüksək olan tələbələrə köməklik göstərməsi tələbələr tərəfindən yüksək qiymətləndirildi.
Tələbələr də öz növbələrində yaradılan şəraitdən və imtahanların gedişindən razı qaldıqlarını bildirdilər.
Qeyd edək ki, SDU-da  payız semestrinin imtahan sessiyası dekabrın 29-dan başlayıb, fevralın 2-dək davam edəcək. İmtahan sessiyası 7 fakültənin əyani şöbəsi üzrə aparılır. Rektor mütəmadi olaraq sessiyanın gedişinə şəxsən özü nəzarət edir. Belə ki, ötən həftələrdə keçirilən imtahan prosesini rektorla bərabər İctimai Nəzarət və Məsləhət Şurası üzvləri, valideynlər, qeyri-hökumət təşkilatları və KİV-lərin nümayəndələri izlədilər.

Mətbuat xidməti

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt, Azərbaycan
43cü məhəllə
AZ5008
Telefon: +994-18 642-16-20
Faks: +994-18 642-02-70
E-Mail: info@sdu.edu.az