Əsas səhifə | Xəbərlər | Biologiya gecəsi keçirildi
Biologiya gecəsi keçirildi

Dekabrın 27-də Kimya və biologiya fakültəsinin Biologiya və onun tədrisi metodikası kafedrasının təşkilatçılığı ilə “Biologiya gecəsi” adlı tədbir keçirildi. Tədbirdə prorektorlar, dekanlar, kafedra müdirləri və tələbələr iştirak etdilər. 
Tədbiri giriş sözü ilə Humanitar məsələlər üzrə prorektor dosent Ramiz Hüseynov açaraq tədbir iştirakçılarını qarşıdan gələn Dünya Azərbaycanlıların Həmrəyliyi Günü və Yeni il münasibətilə təbrik edərək yeni uğurlar arzuladı.     
Qeyd etdi ki, biologiya fənni insan, onun sağlamlığı, insanın sosial mahiyyəti, insan və təbiət münasibətləri, insanın psixoloji xüsusiyyətlərinə aid həyati əhəmiyyəti olan ən zəruri bilik və bacarıqları əhatə edir. Belə tədbirlərin keçirilməsi tələbələrin intellektual inkişafı, vətənini, təbiəti sevən və onu hər zaman qorumağa çalışan yetkin şəxsiyyət kimi formalaşması baxımından çox böyük əhəmiyyət daşıyır. 
Kimya və biologiya fakültəsinin dekanı dosent Mahal Muradov çıxışında bildirdi ki, fakültəmizdə tələbələr arasında elmi biliklərin artırılması istiqamətində mühüm layihələr gerçəkləşir, mütəmadi tədbirlər keçirilir. Tədbirdə tamaşaçılara elmi- əyləncələli səhnələr təqdim olundu. Biologiya gecəsində bir sıra tamaşalar yer almışdı: "Amscope mikroskopunun təqdimatı", "Təbiətimizi qoruyaq" , “Ər-arvad", "Sumqayıt- Xızı turunda", "Tələbələrin gözündə müəllimləri" və s. Həmçinin bioloqlara həsr olunmuş şeir, "Azərbaycan" mahnısı tələbələrin ifasında səsləndirildi. 
Tamaşalarda fakültəmizin tələbələri və hətta müəllimləri də rol almışdır. Bu baxımdan kafedranın dosenti Xanəhməd Həsənov və baş müəllim Arzu Həsənovaya təşəkkür edirik. 
Tədbirdə maraq doğuran səbəblərdən biri də illər öncə SDU da təhsil almış məzun  tələbələrin - Nərmin Salamlı, Elnarə Əfəndiyeva, İlahə Əhmədova, Dilbər Tahirli, Elnarə Salahovanın  TEC-in  xəttilə qonaq gəlməsi oldu. Onların doğma universitetde artıq karyeralarında uğur qazanmış kimi çıxış etmələri olduqca qürurverici idi. Dilbər Tahirli həm də Rəssamlar İttifaqının üzvüdür. O, fakültə loqosu olan maraqlı rəsm əsərinin universitete bağışladı, Nərmin Salamlı isə Şəkidən gəldiyi üçün üzərində SDU bilologiya sözü yazılmış Şəki halvasını təqdim etdi.
Qeyd edək ki, biologiya gecesinə hazırlıq payız semesterinin əvvəlindən başlanmışdır. Belə tədbirin hazırlanmasında Kimya və biologiya fakültəsinin dekanı dosent Mahal Muradovun, Biologiya və onun tədrisi metodikası kafedrasının müdiri dosent Arzu Baxşaliyevin, kafedranın baş müəllimi Aysel Ağayevanın da əməyi danılmazdır. 

Mətbuat xidməti

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt, Azərbaycan
43cü məhəllə
AZ5008
TEL: +994-18 642-16-20
FAKS: +994-18 642-02-70
E-MAIL: info@sdu.edu.az