Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | BMU-da “III Qış Elm Festivalı” keçirildi
BMU-da “III Qış Elm Festivalı” keçirildi

Bakı Mühəndislik Universitetinin Tələbə Elmi Cəmiyyəti tərəfindən “III Qış Elm Festivalı” keçirildi. Festivalda 20-dən çox ali təhsil müəssisələrinin tələbələri və orta məktəb şagirdləri tərəfindən 100-ə yaxın layihə nümayiş etdirildi. Layihələr Dil və Ədəbiyyat, Mühəndislik, Biologiya, Fizika, Kimya, Riyaziyyat və İqtisadiyyat kateqoriyaları üzrə təqdim olundu.
Bakı Mühəndislik Universitetinin rektoru, professor Havar Məmmədov festivalda iştirak etdi, layihələrlə tanış oldu və iştirakçılara uğurlar arzuladı. Rektor qeyd etdi ki, festival tələbələrin elmə olan marağının artırılmasında, həm də tələbələrdə motivasiyanın yüksəlməsində mühüm rol oynayır. 
Sərgidən sonra müsabiqənin mükafatlandırma hissəsi baş tutdu. Sonda qalib gələn layihələrin müəllifləri diplom və sertifikatlarla mükafatlandırıldılar. Qeyd edək ki, Sumqayıt Dövlət Universitetindən Kimya və biologiya fakültəsinin 8 tələbəsi festivalda iştirak etmiş, III kurs tələbəsi Günel Rəhimova biologiya ixtisası üzrə I yerə, ən gözəl layihə nominasiyası üzrə II yerə layiq görülmüş, digər 7 tələbəyə isə sertifikat təqdim olunmuşdur. Mühəndislik fakültəsi üzrə III Qış Elm Festivalında 3 layihə üzrə 5 tələbə iştirak etmiş, onlardan 3-ü II yerə layiq görülmüş, digər  2 tələbəyə isə isə sertifikatlar təqdim olunmuşdu. İqtisadiyyat və idarəetmə fakültəsindən isə 3 tələbə iştirak etmiş və onlar İqtisadiyyat ixtisası üzrə II yerə layiq görülmüşlər. Beləliklə, III Qış Elm Festivalında universitetimizi təmsil edən tələbələr IV kurs tələbəsi Eldar Müzəffərov, III kurs tələbələri Arzu Qayıbova, Lamiə Məmmədova, Fizika və elektroenergetika fakultəsinin IV kurs tələbəsi Tohid Əliyev  sertifikatla mükafatlandırıldılar. 
Mükafatlandırma mərasimində BMU-nun prorektoru professor Həmzağa Orucov çıxış edərək qalibləri təbrik etdi. 

Mətbuat xidməti

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az