Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Universitetimizin prorektoru Parisin CNAM Universitetində ikili diplomların verilməsinə dair seminarda iştirak etdi
Universitetimizin prorektoru Parisin CNAM Universitetində ikili diplomların verilməsinə dair seminarda iştirak etdi

Qafar Atayev: Azərbaycandan olan tərəfdaş universitetlər bütün göstəricilər üzrə birinci yerdə qərarlaşdı

Fransanın paytaxtı Parisin CNAM Universitetində dekabrın 6-dan 9-dək   ERASMUS+LPEB, - «Rusiya Federasiyası, Çin və Azərbaycanda binaların enerji və ekoloji səmərəliliyi üzrə açıq və distant təhsil  formatında peşəkar bakalavr hazırlığı» layihəsi çərçivəsində ikili diplomların verilməsinə dair seminar keçirildi. Sumqayıt Dövlət Universitetini təmsil etmiş Qiyabi, distant və əlavə təhsil üzrə prorektor dosent Qafar Atayevin sözlərinə görə seminarda Avropa Ekspert universitetləri Parisin CNAM Universiteti, Fransanın Grenobl Akademiyası, İtaliyanın UNİNETTUNO-TELEMATİKA Universiteti, Almaniyanın Leypsik Texniki Universiteti, İspaniyanın Sevilya Universiteti, İtaliyanın Turin  və Pavia Universitetlərinin nümayəndələri bundan başqa Rusiya Federasiyasından olan tərəfdaş universitetlər: Yakutsk Universiteti,Vladivastok Universiteti, Tuva Universiteti, İrkutsk Universiteti, Novosibirsk Universiteti, Çindən olan tərəfdaş universitetlər: Harbin Universiteti,Dalyan Universiteti, Azərbaycandan olan tərəfdaş universitetlər: Sumqayıt Dövlət Universiteti, Azərbaycan Texniki Universiteti,Azərbaycan Memarlıq və İnşaat Universitetinin nümayəndələri iştirak etdilər.
Görüşün birinci günü  CNAM  Universiteti, layihə rəhbərliyi seminarın proqramı, layihə üzrə həyata keçirilən işlər və həyata keçiriləcək tədbirlər barəsində informasiya verdilər. Sonra hər universitet layihə üzrə qəbul olunmuş ixtisasların Avropa tipli Akreditasiya dosyesinin təqdimatını etdilər.
Günün ikinci yarısı Layihədə Keyfiyyətin təmini və idarə olunması üzrə Avropa Eksperti  Bolqarıstandan olan mütəxəssis layihənin xronomoqramına uyğun olaraq keçirilən tədbirlər, aparılan hesabatlar və alınmış nəticələr barəsində xüsusi metodologiya üzrə aparılmış təhlilin nəticələrini elan etdi və qeyd olundu ki, Azərbaycandan olan tərəfdaş universitetlər bütün göstəricilər üzrə birinci yerdə qərarlaşdı. Rusiya Federasiyası və Çin universitetləri isə ikinci və üçüncü yerləri bölüşdülər.
Dekabrın 8-də Avropadan olan ekspert universitetlərlə tərəfdaş ölkə universitetlərinin ikitərəfli müzakirələri təşkil olundu. Azərbaycandan olan tərəfdaş universitetlər  CNAM Universiteti, Leypsik Texniki Universiteti, Sevilya Universiteti, Turina Universiteti və Pavya Universiteti ilə ayrı-ayrılıqa ikili diplom verilməsi şərtlərini müzakirə edildi və gələcəkdə müqavilələrin bağlanması üçün işlərin davam etdirilməsi qərara alındı.

Mətbuat xidməti

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az