Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | İqtisadiyyat və idarəetmə fakültəsində bilik yarışı keçirildi
İqtisadiyyat və idarəetmə fakültəsində bilik yarışı keçirildi

Dekabrın 21-də İqtisadiyyat və idarəetmə fakültəsinin təşkilatçılığı ilə 2-ci kurs tələbələri arasında Karusel üsulu ilə bilik yarışı keçirildi.
Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirildikdən  sonra  tədbiri  Humanitar məsələlər üzrə prorektor dosent Ramiz Hüseynov açaraq qeyd etdi ki,  Sumqayıt Dövlət Universiteti  yeni inkişaf mərhələsini şərəflə addımlayır.  Qətiyyətlə deyə bilərəm ki, universitetimizin keçdiyi yol zəngin maarifçilik ənənələrinə malik olan Azərbaycan ali təhsil sisteminin yeni inkişaf tarixidir. Sumqayıt Dövlət Universiteti inkişafı ilə yanaşı, milli şüurun formalaşmasında, gənclərin vətənpərvər ruhda  tərbiyə olunmasında,  peşəkar kadrlar hazırlanmasında mühüm xidmətlər göstərir. Bu gün Sumqayıt Dövlət Universitetinin məzunları öz ixtisaslarını bilməklə yanaşı dövlətçilik təfəkkürü və Azərbaycançılıq məfkurəsi ilə zənginləşmiş yeni nəsildir. 
Prorektor  ölkə başçısının  “Azərbaycan gəncliyi 2017–2021-ci illərdə” Dövlət Proqramının əhəmiyyətindən söz açaraq bildirdi ki,  Prezident cənab İlham Əliyev tərəfindən yeni imzalanmış Dövlət proqramı sənədi də “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası əsasında  hazırlanıb. Dövlət Proqramının qəbul edilməsi Ulu öndər Heydər Əliyevin təməlini qoyduğu gənclər siyasətinin daha bir uğurudur. Ölkə Prezidenti cənab İlham Əliyevin respublikamızda təhsilin inkişafı və insan kapitalının formalaşdırılması sahəsində müəyyənləşdirdiyi tədbirlərə uyğun olaraq  universitetimizdə genişmiqyaslı layihələr həyata keçirilir. Bugünkü bilik yarışının keçirilməsində də məqsəd gənclərin asudə vaxtlarını səmərəli təşkil etmək, intellektual səviyyəsini, dünya görüşünü, zehni inkişafını stimullaşdırmaq, onlar arasında bilik və elmin nüfuzunu artırmaq, iqtisadiyyatımızı daha da dərindən öyrənməkdən ibarət olduğunu diqqətə çatdırdı.
Bilik yarışında  4 komanda Mühasiblər, Biznesmenlər, İqtisadçılar, Marketoloqlar komandaları biliklərini sınadılar, Mühasiblərlər komandası qalib gəldi. Qeyd edək ki, ev tapşırıqları bölməsində tələbələr onlara verilən mövzuları prezentasiyalar şəklində təqdim etdilər. 
Qalib gələn komandanı İqtisadiyyat və İdarəetmə fakültəsinin dekanı dosent  Aynurə  Yəhyayeva təbrik edərək bu tip yarışların tələbələr üçün vacib olduğunu  və gələcəkdə də silsiləli şəkildə keçiriləcəyini qeyd etdi.  Universitetdə tələbələrin hərtərəfli  inkişafı üçün yaradılan  şəraitə görə rektor professor Elxan Hüseynova təşəkkürünü  bildirdi. 

Mətbuat xidməti

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az