Əsas səhifə | Xəbərlər | Sumqayıt Dövlət Universiteti Ufa Dövlət Neft Texniki Universiteti ilə memorandum imzaladı
Sumqayıt Dövlət Universiteti Ufa Dövlət Neft Texniki Universiteti ilə memorandum imzaladı

Dekabrın 9-da  SDU-nun 55 illik yubileyi münasibəti ilə universitetimizdə qonaq olan Ufa Dövlət Neft Texniki Universitetinin rektoru, Rusiya-Azərbaycan Universitetləri Assosiasiyanın Rusiya tərəfdən həmsədri, akademik Ramil Baxtizinlə Assosiasiyasının Azərbaycan tərəfdən həmsədri olan Sumqayıt Dövlət Universitetinin rektoru professor Elxan Hüseynov arasında Rusiya və Azərbaycan Ali Məktəbləri Assosiasiyasının II Forumunda bağlanmış əməkdaşlıq müqaviləsinin qarşılıqlı fəaliyyətini genişləndirmək məqsədi ilə memorandum imzalandı. 
Görüşdə qeyd edildi ki, II Forum MDB-nin birgə təhsil məkanının inkişafında mühüm mərhələ oldu. Ölkələrimiz arasında  elm və təhsil sahələrində əlaqələrin genişləndirilməsinə böyük töhfə verir. 
Qeyd edək ki, 17-19 may tarixlərində Başqırdıstanın paytaxtı Ufada Rusiya və Azərbaycan Ali Məktəbləri Assosiasiyasının II Forumunda universitetlərin qarşılıqlı fəaliyyətlərin müxtəlif aspektləri, ali təhsil müəssisələrinin  beynəlxalq əməkdaşlığının sosial-ictimai və elmi-pedaqoji əhəmiyyəti, universitetlərin regional inkişafda rolu müzakirə olunmuşdur. Birgə təhsil proqramlarının həyata keçirilməsini davam etmək, tədris-metodiki materialların hazırlanması, elektron və distant təhsil formalarının birgə təşkili, birgə ictimai tədbirlərin, innovasiya profilli və elmi konfransların, seminarların, telekörpülərin hazırlanması və  keçirilməsi, tələbələrin və elmi-pedaqoji işçilərin beynəlxalq akademik hərəkətliliyinin inkişafı, elmi-tədqiqat, layihə və digər sahələr üzrə beynəlxalq fəaliyyətin elmi-tədqiqat zamanı yaranan yeni texniki məsələlərinin birgə patentləşdirmə yolu ilə səmərəliliyinin artırılması, əməkdaşlığın coğrafiyasının Assosiasiyaya yeni təhsil müəssisələrinin cəlb edilməsi yolu ilə genişləndirilməsi, İnklüziv təhsil sahəsində qarşılıqlı fəaliyyətin və təcrübə mübadiləsinin genişlənməsi məsələləri qərara alınmışdır. İmzalanan müqavilənin bəndlərinə uyğun olaraq bu istiqamətdə davamlı olaraq görüşlər keçirilir, fikir mübadiləsi aparılır, birgə əməkdaşlıq uğurla davam edir. 

Mətbuat xidməti

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt, Azərbaycan
43cü məhəllə
AZ5008
Telefon: +994-18 642-16-20
Faks: +994-18 642-02-70
E-Mail: info@sdu.edu.az