Əsas səhifə | Xəbərlər | Universitetdə 1 dekabr - Ümumdünya QİÇS-lə Mübarizə Günü ilə əlaqədar tədbir keçirildi
Universitetdə 1 dekabr - Ümumdünya QİÇS-lə Mübarizə Günü ilə əlaqədar tədbir keçirildi

Dekabrın 1-i Ümumdünya QİÇS-lə Mübarizə Günüdür. Bu günün qeyd olunmasında əsas məqsəd dünya ölkələrini problemlə mübarizədə bir araya gətirməkdir. Bu məqsədlə Sumqayıt Dövlət Universitetində Qızıl Aypara Cəmiyyətinin Sumqayıt Şəhər  bölməsi ilə birgə “Təcridolunma stiqma və İİV-nin ötürülməsinə son qoyaq” devizi altında tədbir keçirildi. Tədbiri Humanitar məsələlər üzrə prorektor dosent Ramiz Hüseynov açaraq QİÇS xəstəliyi və narkomaniya qarşı mübarizənin zəruriliyindən, o cümlədən maarifləndirmə tədbirlərinin genişləndirilməsinin əhəmiyyətindən bəhs etdi. Qeyd etdi ki, bu xəstəlik insanların, xüsusilə də gənclərin fiziki sağlamlığına zərbə vurmaqla yanaşı, narkomaniya həm də cəmiyyətdə əxlaqi və mənəvi aşınmalara səbəb olur.  Bu işdə təkcə dövlət strukturları deyil, cəmiyyətimiz də fəal iştirak etməlidir. Ölkəmizdə gənc nəslə həmişə böyük qayğı ilə yanaşıldığını bildirən natiq Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə bu istiqamətdə həyata keçirilən dövlət siyasətindən danışdı. Narkomaniyaya qarşı mübarizədə daha səmərəli nəticələrə nail olmaq, gəncləri bu bəladan qorumaq, onlarda sağlam həyat tərzini formalaşdırmaq üçün hamı birgə mübarizə aparmalı, bu sahədə milli mənəvi dəyərlərin təbliğinə xüsusi fikir verilməlidir.
Tədbirdə Qızıl Aypara Cəmiyyətinin Sumqayıt bölməsinin rəhbəri Mətanət Məhərrəmova, QİÇS-lə Mübarizə Mərkəzinin həkimi İlhamə Quliyeva, Kimya və biologiya fakültəsinin dosenti Xanəhməd Həsənov çıxış edərək bildirdilər ki, artıq bir neçə ildir ki, Sumqayıt Dövlət Universitetində QİÇS-dən qorunma və bu xəstəliyə qarşı mübarizə yolları barədə tədbirlər keçirilir. Qeyd etdilər ki, tədbirin keçirilməsində məqsəd QİÇS xəstəliyinin qarşısının alınması və onunla mübarizəyə kompleks yanaşılmasına dəstək olmaq və əhalinin maarifləndirilməsidir.
Sonda QİÇS-lə Mübarizə Mərkəzinin  Sumqayıt şöbəsinin əməkdaşları tərəfindən tədbir iştirakçıları üçün İnsanın İmmun Çatışmazlığı Virusuna görə laborator testlər keçirdi.  

Mətbuat xidməti

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt, Azərbaycan
43cü məhəllə
AZ5008
TEL: +994-18 642-16-20
FAKS: +994-18 642-02-70
E-MAIL: info@sdu.edu.az