Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU-da tələbələrin maliyyə savadlılığının artırılmasına dair simulyasiya oyunu keçirildi
SDU-da tələbələrin maliyyə savadlılığının artırılmasına dair simulyasiya oyunu keçirildi

Noyabrın 27-də  universitetimizdə Almaniya Beynəlxalq Əməkdaşlıq üzrə Əmanət Kassaları Fondunun və Mərkəzi Bankın dəstəyi ilə masaüstü “Yığım oyunu və maliyyə savadlılığı” simulyasiya oyunu keçirildi.
Layihənin təlimçisi Tofiq Adıgözəlov əvvəlcə tələbələrə oyun barədə məlumat verdi, nəzərə çatdırdı ki, tədbirin məqsədi gənclərdə maliyyə savadlılığının artırılmasıdır.Təlimçi iştirakçıları oyununun şərtləri ilə tanış etdi. Bildirdi ki, siz öz “ailə büdcənizi” idarə etməklə, oxşar daha 4 ailəni  maliyyə savadlığı və yığımlar sahəsində üstələməyə çalışacaqsınız ki, daha yüksək həyat keyfiyyətinə nail olasınız. Hər ailə üzvünün öz maraqları olsa da, ümumilikdə ailənin həyat keyfiyyətinin artırılması üçün ən yaxşı qərarların verilməsi qrup olaraq sizdən asılıdır. Hər raunddan sonra verdiyiniz qərarların və digər ailələrlə müqayisədə mövqeyinizin təhlili üçün zəruri məlumatları əldə edəcəksiniz.
Qeyd edək ki, oyunda Kimya və biologiya, Tarix və coğrafiya, İqtisadiyyat və idarəetmə, Riyaziyyat fakültələrinin komandaları iştirak etdilər. Oyunun sonunda Riyaziyyat fakültəsinin komandası qalib seçildi. Onu da qeyd edək ki, belə oyunların mütəmadi olaraq keçirilməsi nəzərdə tutulur. O da nəzərə çatdırıldı ki, müsabiqənin sonunda qaliblərə beynəlxalq sertifikat veriləcək.

Mətbuat xidməti

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az