Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Universitetin alimləri Türkiyənin Qazi Universitetində səfərdə oldular
Universitetin alimləri Türkiyənin Qazi Universitetində səfərdə oldular

Universitetimiz beynəlxalq əlaqələrinin inkişafı istiqamətində bir çox qabaqcıl ali təhsil müəssisələri ilə sıx əməkdaşlıq edir. Alimlərimiz mütəmadi olaraq işgüzar səfərlərdə olur, əldə etdikləri təcrübələrin tətbiqi barədə fikir mübadiləsi aparırlar. 
Noyabrın 20-dən 24-dək Türkiyə Respublikasının Qazi Universitetində ERASMUS + PETRA layihəsi çərçivəsində görüş keçirilmişdir. Görüşdə  Qazi Universitetinin prorektoru prof. Yaşar Aydemir, fakültə rəhbərləri, müəllimlər o cümlədən layihənin koordinatoru İspaniyanın Valensiya Politexnik  Univerisiteti və digər tərəfdaş universitetlərdən Vyana Tətbiqi Elmlər Universiteti, Macarıstanın Debrecen və Azərbaycanın bir çox ali təhsil müəssisələrinin nümayəndələri iştirak etdilər.Qardaş Türkiyə Respublikasının Qazi Universitetində ERASMUS + PETRA layihəsində  universitetimizi Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektor dosent Natiq Talıbov, Mühəndislik fakültəsinin dekanı dosent  Ulduz Ağayev, Beynəlxalq əməkdaşlıq şöbəsinin metodisti Samirə Məmmədova təmsil etdilər.
Təlim  zamanı  qonaqlar  Qazi Universitetinin rektorluğu, kimya və bilogiya üzrə elmi laboratoriyaları, təhsil fakültəsi və universitet kitabxanası ilə tanış olmuş, eyni zamanda təlimlər Beynəlxalq layihələr və Keyfiyyətə nəzarət şöbələrində davam etdirilmişdir. Professor Selma Yel tədbir iştirakçılarına beynəlxalq layihələr, mübadilə proqramları haqqında geniş məlumat vermiş, görüş diskusiya şəklində davam etmişdir. Qazi Universitetinin dosentləri Şerifnaz Karabağ, Salih Şahin, assistent Volkan Damlı tədrisdə keyfiyyətin yaxşılaşdırılması üçün dərslərdə tətbiq olunan yeni üsullar, Tarix dərslərinin dram ilə, coğrafiya dərslərinin universitetdən kənarda təcrübə xarakterli keçirilməsi barədə geniş məlumat verdilər.Qeyd olundu ki, Qazi Universitetinin əsası 1926-cı ildə Mustafa Kamal Atatürk tərəfindən qoyulmuşdur. 80 minə yaxın tələbəsi olan univerisitetdə 20 fakültə, 56 elmi laboratoriya, 7 institut,1 musiqi konservatoriyası fəaliyyət göstərir.
Mədəni əlaqələr çərçivəsində qonaqlar Türkiyə Respublikasının Milli Məclisində, Atatürk Müzeyində oldular. 

Mətbuat xidməti

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az