Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Universitetdə “Müasir proqram sistemlərinin tədris prosesinə tətbiqi və yeni avtomatlaşdırılmış proqram sistemlərinin işlənməsi” mövzusunda təqdimat keçirildi
Universitetdə “Müasir proqram sistemlərinin tədris prosesinə tətbiqi və yeni avtomatlaşdırılmış proqram sistemlərinin işlənməsi” mövzusunda təqdimat keçirildi

Müasir dövrdə İKT-nin inkişaf etdirilməsi hər bir ölkənin intellektual və elmi potensialının vacib göstəricilərindən biridir və bu prosesin zəruriliyi indiki qloballaşma dövründə daha çox hiss olunur. Texnologiyaların sürətli inkişafı və yayılması bəşəriyyətin inkişafı üçün geniş imkanlar yaradır.Hal-hazırda respublikamızda bütün sahələrdə olduğu kimi təhsil sistemində də mütəxəssislərin informasiya və kommunikasiya texnologiyaları (İKT) ilə işləmək və onlardan düzgün istifadə etmək bacarığına böyük önəm verilir. SDU-nun  Texnologiyalar Parkının yaradılması istiqamətində mühüm işlər görülmüşdür. Texnoparkın layihəsi işlənmiş, onun tikintisi üçün ərazi ayrılmışdır. Texnoparkın tərkibində İnformasiya texnologiyaları şöbələrinin  yaradılması nəzərdə tutulur. Bu məqsədlə noyabrın 11-də Mühəndislik fakültəsinin İnformasiya texnologiyaları və proqramlaşdırma kafedrasının laboratoriyasında “Müasir proqram sistemlərinin tədris prosesinə tətbiqi və yeni avtomatlaşdırılmış proqram sistemlərinin işlənməsi” mövzusunda təqdimat keçirildi. 
Təqdimatda rektor, prorektor, dekan, müəllim və tələbə heyəti iştirak etdilər.
Kafedrada yerinə yetirilmiş işlər və yeniliklər haqqında İnformasiya texnologiyaları və proqramlaşdırma kafedrasının müdiri, texnika elmlər doktoru professor Aqil Hüseynov məlumat verdi. Bildirdi ki, universitetimizdə tədrisin keyfiyyətinin yüksəldilməsi istiqamətində bir sıra məqsədyönlü işlər aparılır, universitet rəhbərliyinin dəstəyi ilə yeni vəsaitlərin tədris prosesinə tətbiqi istiqamətində mühüm işlər görülür. Bir çox laboratoriyalar yeni avadanlıqlarla təchiz olunub. O cümlədən İnformasiya texnologiyaları və proqramlaşdırma kafedrasında da son dövrlər bir sıra uğurlu layihələr gerçəkləşir. Beləki, kafedraya yeni avadanlıqlar verilmiş, laboratoriyada monitorlar quraşdırılmış,  kompüterlər və monitorlar arasında lokal şəbəkə yaradılmışdır. Bu da tələbələrin yerinə yetirdikləri laboratoriya işlərinə müəllimlərin vizual olaraq nəzarət etməsinə şərait yaradır.Təqdimatda həmçinin laboratoriyada  istifadə olunmuş müasir proqram paketlərinin tədris prosesinə  tətbiqi, tələbələrin onlardan istifadə bacarığının formalaşdırılması metodikası geniş müzakirə edildi. Həmçinin kafedranın əməkdaşları tərəfindən işlənib hazırlanmış kafedralarda dərs yükünün bölüşdürülməsi proqram paketinin təqdimatına baxıldı. 
Proqram paketi haqqında kafedranın dosenti Şəfahət Rəhimov ətraflı məlumat verdi. Qeyd etdi ki, hazırlanmış proqram sisteminin tətbiqi ilə müəllimlər arasında dərs bölgüsü avtomatik aparılır və təhsillə bağlı digər formaların alınması yerinə yetirilir. Bu proqramı Ali təhsil sistemində fəaliyyət göstərən bütün kafedraların dərs yükünün bölüşdürülməsi prosesinə tətbiq etmək mümkündür. Hal-hazırda bu istiqamətdə işlər davam edir.
Təqdim olunan layihə ilə bağlı universitetin rektoru professor Elxan Hüseynov yeni yaradılan sistemin əhəmiyyətindən məmnunluğunu ifadə etdi, bildirdi ki, sürətlə modernləşən Azərbaycan Respublikasında təhsil sisteminin insan kapitalının inkişafı çağırışlarına cavab verməsi istiqamətində yeni addımlar atılır. Təhsilin normativ hüquqi bazası təkmilləşdirilmiş, maddi-texniki təminatı istiqamətində Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin sərəncamları əsasında təhsil müəssisələrində, o cümlədən Sumqayıt Dövlət Universitetində geniş tədbirlər həyata keçirilir.Bu gün qabaqcıl təlim-texnoloji komplekslərdən, xüsusi olaraq informasiya və kommunikasiya texnologiyalarının (İKT) imkanlarından təlim prosesində istifadə olunması, təhsilin keyfiyyətinin yüksəldilməsində mühüm amildir. Bu nöqteyi nəzərdən elektron tədris sistemlərinin effektivliyinin artırılması, təhsilin keyfiyyətinin yüksəldilməsinə müsbət təsir edir. Bu baxımdan da yeni proqram sistemlərinin tədris prosesinə tətbiqi tələbələrin biliklərinin daha da artırılmasına geniş imkanlar açır.

Mətbuat xidməti

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az