Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Universitetimiz 11-ci Azərbaycan Beynəlxalq Təhsil Sərgisində iştirak edəcək
Universitetimiz 11-ci Azərbaycan Beynəlxalq Təhsil Sərgisində iştirak edəcək

Respublikamızda təhsilin səviyyəsini qaldırmaq, onu beynəlxalq standartlara uyğunlaşdırmaq məqsədilə genişmiqyaslı islahatlar həyata keçirilir. Bütün bunlar yüksək ixtisaslı kadrların hazırlanması və  respublikamızın elmi-texniki potensialının gücləndirilməsinə xidmət edir. Ölkəmizdə elmi tədqiqatların müasir səviyyədə aparılması və keyfiyyətinin yüksəldilməsi istiqamətində mühüm işlər görülür. Bu da təhsilin elmə, elmin təhsilə inteqrasiyasına bir sözlə, milli  təhsilimizin inkişafına böyük töhfələr verir. Ümummilli Lider Heydər Əliyevin elmin və təhsilin inkişafına olan xüsusi diqqət və qayğısı siyasətini uğurla davam etdirən prezident cənab İlham Əliyevin imzaladığı Elmin İnkişafı üzrə Milli Strategiyada əksini tapan mühüm məsələlərdən olan elmin inkişafı, elmi-texniki potensialın qorunub saxlanılması, elm və təhsil sahəsində yüksək ixtisaslı kadrların hazırlanması prosesi  ali məktəblərin üzərinə böyük məsuliyyət qoyur, Sumqayıt Dövlət Universiteti də bu istiqamətdə mühüm addımlar ataraq uğurlar əldə edi. Bu gün Təhsil naziri cənab Mikayıl Cabbarovun “Fəaliyyət Planı”ndan irəli gələn mühüm  məqsəd və vəzifələri həyata keçirmək üçün imzaladığı əmrlər, sərəncamlar, göstərdiyi diqqət və qayğı bütün ali məktəblərdə böyük  stimul yaradır.  6-8 oktyabr 2017-ci il tarixlərində  Bakı Ekspo Mərkəzində Təhsil Nazirliyinin rəsmi dəstəyi ilə“İnsan kapitalı sərvətimizdir” devizi altında 11-ci Azərbaycan Beynəlxalq Təhsil (“Education 2017”) sərgisi keçiriləcək.  Sərgidə Sumqayıt Dövlət Universiteti ilk dəfə olaraq təmsil olunacaq. 
Sərgidə son illərdə Təhsil Nazirliyi tərəfindən həyata keçirilən yeni layihələr və mövcud təhsil imkanları təqdim olunacaq. Ötən illərlə müqayisədə Təhsil Nazirliyinin stendləri bu il daha geniş sahəni əhatə edəcək. Sərgi iştirakçılarına “SABAH qrupları”, “Azərbaycan üçün öyrət”, “Bir” Tələbə-Könüllü Proqramı”, “Maarifçi” Tələbə Kredit Fondu”, “Sağlam təhsil -  ağlam millət”, “Məktəblinin dostu”, “Modul tipli məktəblər”, “Olimpiadalara hazırlıq mərkəzi”, “Təhsildə informasiya və kommunikasiya texnologiyaları”, “Məktəbəhazırlıq”, “Kitabxana”, “Təhsil” Respublika İdman Mərkəzi”, “İçərişəhər ənənəvi incəsənət mərkəzi”, “Peşə Təhsili üzrə Dövlət Agentliyi” və “Uşaq-Gənclər İnkişaf Mərkəzi” stendləri təqdim ediləcək. Burada fəaliyyət göstərəcək lektoriyada mühazirələr oxunacaq, startapçılar çıxış edəcək və təqdimatlar nümayiş olunacaq. Səhnədə isə respublika və beynəlxalq yarışların qalibləri, müsabiqə laureatları öz bacarıqlarını təqdim edəcək və milli rəqslər ifa olunacaq.
Ümumilikdə 14 ali təhsil müəssisəsinin stendləri yer alacaq. Sərgi çərçivəsində Almaniya, Avstriya, Belarus, İtaliya, Latviya, Litva, Macarıstan, Rusiya, Rumıniya, Sinqapur, Slovakiya və digər ölkələr universitet, kollec, ümumi təhsil müəssisələri və təhsil mərkəzlərini təqdim edəcəklər.
Bu il Təhsil sərgisi geniş işgüzar proqramı ilə fərqlənəcək, həmçinin sərgi çərçivəsində “Mənim gələcək peşəm və ona gedən yol” adlı seminar təşkil olunacaq. Sərgidə ziyarətçilərə bakalavriatura, magistratura, o cümlədən xarici dil kursları, təcrübə və treninqlər üzrə proqramlar təqdim ediləcək. Ziyarətçilər bilavasitə sərgidə aparıcı ali təhsil müəssisələrinin nümayəndələri ilə ünsiyyət quraraq qəbul prosesi, təhsil haqqı və digər məsələlərlə bağlı onları maraqlandıran suallara cavab almaq imkanı əldə edəcəklər.
Sərgi haqqında ətraflı məlumatı, eləcə də elektron dəvətnaməni www.eduexpo.az saytından əldə etmək mümkündür.
Sərginin baş sponsoru Respublika fənn olimpiadalarının təşkilinə və “Azərbaycan üçün öyrət” proqramının həyata keçirilməsinə dəstək göstərən “Kapital Bank”dır. Sərgi həmçinin Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu vəAzərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası tərəfindən də dəstəklənir. Sərginin təşkilatçısı  “Caspian Event Organisers” (“CEO”) şirkətidir.
Qeyd edək ki, SDU-nu bu sərgidə Fizika və elekteoenergetika fakültəsi Elektrik maşınları fənnindən laboratoriya stendi, Mühəndislik fakültəsi Universal stend, “Sərfölçən qurğu” ilə, Elektron İdarəetmə sistemi haqqında İnformasiya texnologiyaları mərkəzi “Elektron universitet” layihəsi ilə, filologiya fakültəsi  tələbələrin əl işlərindən ibarət stend ilə, eyni zamanda universitetin digər strukturları, tədris və elmi fəaliyyəti, çap edilən kitabları, bukletləri və digər çap materialları təmsil edəcəklər.

Mətbuat xidməti

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az