Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | “Yeni əsrin müqaviləsi” Heydər Əliyevin neft sənayesinin inkişafına ilk töhfəsi olan “Əsrin müqaviləsi” nin davamı kimi mövzusunda növbəti məşğələ oldu
“Yeni əsrin müqaviləsi” Heydər Əliyevin neft sənayesinin inkişafına ilk töhfəsi olan “Əsrin müqaviləsi” nin davamı kimi mövzusunda növbəti məşğələ oldu
Elxan Hüseynov: “Müqavilənin uzadılması bir daha onu göstərir ki, xarici ölkələr və şirkətlər Azərbaycanı ciddi, etibarlı tərəfdaş kimi qəbul edir”
Tarixlə müasirlik arasında körpü olan hər bir əsəri ilə xalqın, dövlətin gələcəyini düşünən Ulu öndəri bu gün əbədiyaşar edən bir çox tarixi faktlar var. O faktlar ki, bu gün onlar mühazirə, konfrans və simpoziumların mövzusu olur. Sentyabrın 28-də Heydər Əliyev Məktəbində “Yeni Əsrin müqaviləsi” Heydər Əliyevin neft sənayesinin inkişafına ilk töhfəsi olan  “Əsrin müqaviləsi” nin davamı kimi” mövzusunda keçirilən növbəti dərs də bu qəbildən idi.   Rektor prof. Elxan Hüseynov Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “Azərikimya” İstehsalat Birliyinin Müşahidə Şurasının sədri, Azərbaycan Respublikası Milli Məclisinin  deputatı  Muxtar  Babayevi və digər  qonaqları salamladıqdan sonra onları  universitetimizdə görməkdən məmnunluğunu ifadə etdi. Bildirdi ki, bu kimi məşğələlər gənc nəslə Heydər Əliyevin zəngin ideyalarının yeni üsul və metodlarla təbliğ edilməsi, dahi şəxsiyyətin irsinin dövlətçilik, azərbaycançılıq konsepsiyasını öyrətmək məqsədilə keçirilir. Rektor Ulu öndər Heydər Əliyevin Azərbaycan xalqının dövlətçilik tarixində və taleyində oynadığı mühüm roldan, neft sənayesinin inkişafına ilk töhfəsi olan  “Əsrin müqaviləsi” nin gerçəkləşməsindəki misilsiz xidmətlərindən, milli xilaskarlıq missiyasından söz açdı. Qeyd etdi ki, Azərbaycan dünyada zəngin təbii sərvətlərə malik ölkələrdən biridir. Azərbaycanda neft hasilatı 150 illik tarixə malik olsa da, xalqımız yalnız XX əsrin sonlarında, müstəqillik qazandıqdan sonra bu sərvətdən bəhrələnmək imkanı əldə etmişdir. Bu imkanı isə ulu öndər Heydər Əliyev reallığa çevirmişdir. Hələ Sovetlər Birliyi dövründə Azərbaycana rəhbər seçildiyi ilk günlərdən başlayaraq neft sənayesinin inkişafına xüsusi diqqət göstərən uzaqgörən lider respublikamızda nəhəng neft infrastrukturu formalaşdırmaqla gələcək neft strategiyasının əsasını qoymuşdur. Buna görədir ki, XX əsrin 70-80-ci illəri Azərbaycan neft sənayesinin sürətli inkişaf dövrü kimi tarixə düşmüşdür. Rektor onu da qeyd etdi ki, xalqımızın ümummilli lideri Heydər Əliyevin rəhbərliyi ilə işlənib hazırlanmış yeni neft strategiyasının təməli sayılan “Əsrin müqaviləsi”nin imzalanmasından 23 il ötür. “Əsrin müqaviləsi” çərçivəsində nəhəng karbohidrogen ehtiyatlarına malik “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinsulu hissəsinin işlənilməsi bu gün də Xəzər dənizinin Azərbaycan sektorunda həyata keçirilən ən böyük neft layihəsidir. Bu gün ölkəmizin dinamik sosial-iqtisadi inkişafı, bu inkişaf tempinə görə böyük uğurlar qazanması, öz milli maraqlarını müvəffəqiyyətlə təmin etməyə qadir bir dövlət kimi müstəqil siyasət yürüdə bilməsi, iri layihələrin reallaşdırılması, büdcə gəlirlərinin ildən-ilə əhəmiyyətli dərəcədə artması Ulu öndər Heydər Əliyevin böyük uzaqgörənliklə əsasını qoyduğu neft strategiyası sayəsində mümkün olmuşdur. Bakı-Tbilsi-Ceyhan, Bakı-Tbilsi-Ərzurum boru kəmərləri istifadəyə verilmiş, Şimal-Cənub, Şərq-Qərb nəqliyyat dəhlizləri inkişaf etdirilmişdir.Yaxın günlərdə ölkə başçısı cənab İlham Əliyev Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında düzəliş edilməsi və yenidən tərtib olunması barədə saziş imzalamışdır.  Müqavilənin uzadılması bir daha onu göstərir ki, xarici ölkələr və şirkətlər Azərbaycanı ciddi, etibarlı tərəfdaş kimi qəbul edir. Bu amil onu sübut edir ki, Azərbaycan düzgün siyasət həyata keçirir və ölkəmizdə ictimai-siyasi sabitlik yüksək səviyyədədir. 
Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “Azərikimya” İstehsalat Birliyinin Müşahidə Şurasının sədri, Azərbaycan Respublikası Milli Məclisinin  deputatı  Muxtar  Babayev “Yeni əsrin müqaviləsi” Heydər Əliyevin neft sənayesinin inkişafına ilk töhfəsi olan  “Əsrin müqaviləsi” nin davamı kimi mövzusunda geniş məruzə ilə çıxış edərək bildirdi ki, bugünkü məşğələnin Ulu Öndərin adını daşıyan Heydər Əliyev Mərkəzində keçirilməsi də rəmzi xarakter daşıyır.   Bu onu göstərir ki, bu gün Azərbaycanda Heydər Əliyev siyasəti yaşayır və yaşayacaq. Milli  Məclisinin  deputatı  Muxtar  Babayev  "Əsrin müqaviləsi"nin imzalandığını xatırladaraq, onun tarixi, siyasi və beynəlxalq əhəmiyyətindən  söhbət açdı. Bildirdi ki, "Əsrin müqaviləsi"ndə dünyanın 8 ölkəsinin 13 ən nüfuzlu neft şirkətinin iştirak etdiyini vurğulayan millət vəkili bu müqavilənin sonradan 19 ölkəni təmsil edən 41 neft şirkəti ilə daha 26 sazişin imzalanmasına yol açdığını, bununla da beynəlxalq aləmdə ölkəmizin təhlükəsizliyinin təminatının daha da etibarlı olduğunu qeyd etdi. “Əsrin müqaviləsi” adlanan “Azəri-Çıraq-Günəşli” neft yataqları üzrə Hasilatın Pay Bölgüsü müqaviləsinin 2050-ci ilə qədər uğurla uzadılmasının bundan sonrakı mərhələdə Azərbaycanın neftlə bərabər, təbii qaynaqlarının işlənilməsinin davam etməsi üçün çox mühüm əhəmiyyət daşıdığını söylədi. 
Tədbirdə Dünya iqtisadiyyatı  və Marketinq kafedrasının professoru Şəfa Əliyev “Heydər Əliyev dühası və Əsrin Müqaviləsi”, Tarix və onun tədrisi metodikası kafedarsının dosenti, AMEA   Tatix institutunun şöbə müdiri Hacı Həsənov “Əsrin Müqaviləsinin siyasi aspektləri”, İqtisadiyyat və idarəetmə  fakültəsinin  II kurs tələbəsi  Əminə Quliyeva “Heydər Əliyevin hakimiyyəti dövründə Azərbaycanın sosial–iqtisadi siyasəti”,  Fizika və elektroenergetika fakültəsinin  II kurs tələbəsi  Səadət Şirinova “Heydər Əliyevin hakimiyyəti dövründə Azərbaycanın xarici siyasəti” mövzularında çıxış edərək “əsrin müqaviləsi"nin tarixi əhəmiyyətindən, böyük neft sazişinin imzalanması nəticəsində dünya dövlətlərinin Azərbaycan iqtisadiyyatına marağının artmasına, Azərbaycanın bir dövlət kimi tanınaraq dünya iqtisadi sisteminə qoşulmasına şərait yaratdığını qeyd etdilər. "Əsrin müqaviləsi"nin imzalanmasında ümummilli lider Heydər Əliyevin rolunu xüsusi vurğulayan natiqlər Azərbaycan Respublikasının inkişafındakı rolundan, Azərbaycan neftinin tarix boyu dünya iqtisadiyyatına və energetikasına verdiyi töhfədən danışdılar.
 
 

Mətbuat xidməti

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az