Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Universitetimizin kollektivi tələbələrimizin vaxtsız vəfatından kədərləndiyini bildirir, ailələrinə səbr diləyir
Universitetimizin kollektivi tələbələrimizin vaxtsız vəfatından kədərləndiyini bildirir, ailələrinə səbr diləyir

 Avqustun 16-da Sumqayıt şəhər Corat  qəsəbəsi yaxınlığındakı çimərlikdə Sumqayıt Dövlət Universitetinin  3-cü kurs tələbələri  Sadıqov Elməddin Fəzail oğlu  və Vəliyev Qürbət Məhəmməd oğlunun  cəsədləri Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri  tərəfindən tapılaraq ailə üzvlərinə təhvil verilmişdir.
Sumqayıt Dövlət Universitetinin rektoru professor Elxan Hüseynov, professor-müəllim və tələbə heyəti   dünyasını dəyişmiş tələbələrin faciəvi şəkildə vəfatından kədərləndiklərini bildirir, ailələrinə dərin hüznlə başsağlığı verir.

Mətbuat xidməti

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az