Əsas səhifə | Xəbərlər | Universitetin rektoru universitetə qəbul olmuş tələbələrin sənəd qəbulu prosesi ilə tanış oldu
Universitetin rektoru universitetə qəbul olmuş tələbələrin sənəd qəbulu prosesi ilə tanış oldu

Bu gün Sumqayıt  Dövlət Universitetinin rektoru prof. Elxan Hüseynov 2017/2018-ci tədris ili üçün SDU-ya qəbul olmuş tələbələrin sənəd qəbulu prosesi ilə tanış oldu, tələbə və valideynlərlə görüşərək təbriklərini çatdırdı. Rektor rəhbərlik etdiyi universitet haqqında qısa məlumat verərək bildirdi ki, Sumqayıt Dövlət Universiteti məhz Ulu öndər Heydər Əliyevin tarixi xidmətləri, onun siyasi varisi möhtərəm prezidentimiz cənab İlham Əliyevin xidmətləri sayəsində ölkənin və regionun nüfuzlu elmi-tədris mərkəzinə çevrilmişdir. Sevindirici amildir ki, universitetimizin məzunları bu gün ölkəmizin kadr potensialının inkişafında müstəsna xidmətlər göstərir. Əminliklə deyə bilərəm ki, siz, Sumqayıt Dövlət Universitetini seçməklə gələcəkdə ixtisaslı kadr kimi ölkəmizi layiqincə təmsil edəcəksiniz. Rektor valideynləri və tələbələri  maraqlandıran sualları  cavablandırdı, tələbə adı qazanmış gəncləri bir daha səmim qəlbdən təbrik etdi, onlara uğurlar arzuladı.

Mətbuat xidməti

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt, Azərbaycan
43cü məhəllə
AZ5008
TEL: +994-18 642-16-20
FAKS: +994-18 642-02-70
E-MAIL: info@sdu.edu.az