Əsas səhifə | Xəbərlər | Dənizdə axtarışlar davam edir
Dənizdə axtarışlar davam edir

Avqustun 16-da Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinin verdiyi məlumata əsasən, Sumqayıt şəhər Corat qəsəbəsi yaxınlığındakı çimərlikdə 2 nəfər dənizdə batıb. Dəniz kənarında axtarış zamanı Sumqayıt Dövlət Universitetinin tələbələrinə məxsus sənədlər aşkarlanıb. Sənədlər Sumqayıt Dövlət Universitetinin İqtisadiyyat və idarəetmə fakültəsinin 3-cü kurs tələbələri Biznesin təşkili və idarə edilməsi ixtisası üzrə təhsil alan 1998-ci il təvəllüdlü Sadıqov Elməddin Fəzail oğlu və Menecment ixtisası üzrə təhsil alan 1998-ci il təvəllüdlü Vəliyev Qürbət Məhəmməd oğluna məxsusdur. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri cəlb olunub. Havanın əlverişsiz olmasına baxmayaraq hazırda axtarış işləri aparılır. İrəliləyən dəqiqələrdə hadisə ilə bağlı əlavə məlumat veriləcək.

Mətbuat xidməti

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt, Azərbaycan
43cü məhəllə
AZ5008
TEL: +994-18 642-16-20
FAKS: +994-18 642-02-70
E-MAIL: info@sdu.edu.az