Əsas səhifə | Xəbərlər | Çexiyanın Azərbaycandakı səfiri universitetdə oldu
Çexiyanın Azərbaycandakı səfiri universitetdə oldu
İyunun 13-də Çexiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Vitezslav Pivonka Sumqayıt Dövlət Universitetinin qonağı oldu. Səfiri rektor prof. Elxan Hüseynov qəbul etdi və universitetimizdə görməyindən məmnunluğunu bildirdi.
Görüşdə rektor Elxan Hüseynov Azərbaycaunla Çexiya arasında qardaşlıq, dostluq əlaqələrinin mövcudluğundan və ölkələrimiz arasında iqtisadi, mədəni, o cümlədən elm və təhsil sahəsində ikitərəfli münasibətlərimizin inkişafından bəhs etdi.  Bildirdi ki, bu münasibətlərin ali səviyyəyə qalxmasının təməlində ümummilli lider Heydər Əliyevin siyasi müdrikliyi dayanır. Bu gün həmin siyasət Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Universitetin tarixi, bugünü və beynəlxalq əlaqələrindən söz açan rektor onu da qeyd etdi ki, universitetimiz bir çox qabaqcıl ali təhsil müəssisələri ilə sıx əməkdaşlıq edir. Bu görüşün iki ölkə arasında elm və təhsil sahəsində əməkdaşlığın daha da inkişaf etdirilməsi baxımından çox önəmli olduğunu diqqətə çatdırdı. 
Görüşdə həmçinin gələcək əməkdaşlıq perspektivləri ilə bağlı digər məsələlər də müzakirə olundu.
Sumqayıt Dövlət Universitetinə ilk dəfə gəldiyini söyləyən cənab səfir görüşdən və dəvətdən məmnunluğunu bildirərək Çexiya Respublikasının tarixi haqqında geniş məlumat verdi. O, Çexiya ilə Azərbaycan arasındakı əlaqələrdən danışaraq ölkələrimiz arasında mövcud münasibətlərdən razı qaldığını və gələcəkdə bu əməkdaşlığın yüksələn xətlə daha da inkişaf edəcəyinə ümidvar olduğunu bildirdi. 
Sonra səfir cənab Vitezslav Pivonka professor-müəllim və tələbə heyəti ilə görüşdü. Elm və təhsil sahəsi üzrə fikir mübadiləsi aparıldı. Gələcəkdə cənab səfirin və səfirliyin əməkdaşlarının universitetdə  tələbələr qarşısında mühazirələrlə çıxış edəcəkləri də qeyd edildi. 
Tələbələrin çoxsaylı sualları cavablandırıldı. Tələbələrimizdən biri cənab səfirə Dağlıq Qarabağla bağlı sual ünvanladı: Sizin ölkəniz bir çox Beynəlxalq Təşkilatlarda: BMT, Avropa Parlamenti, Avropa Birliyində təmsil olunur. Ermənilər bizim əzəli torpaqlarımızı işğal edib. Ölkənizin və sizin bu məsələyə münasibətinizi  və mövqeyinizi bilmək istərdik sualına səmimi və dolğun cavab verən səfir bildirdi ki, onlar Azərbaycanın haqlı mövqeyini dəstəkləyir və ərazi bütövlüyünü tanıyırlar. Çünki bizim keçirdiyimiz duyğuları onlar da yaşamışlar. Səfir haqq və ədalətin öz yerini tutacağına, əzəli və əbədi torpaqlarımıza qovuşacağımıza inandığını qeyd etdi.
Görüşün sonunda xatirə şəkli çəkdirildi.

Mətbuat xidməti

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt, Azərbaycan
43cü məhəllə
AZ5008
TEL: +994-18 642-16-20
FAKS: +994-18 642-02-70
E-MAIL: info@sdu.edu.az