Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Elmi Şuranın növbəti iclası keçirildi
Elmi Şuranın növbəti iclası keçirildi

Mayın 31-də Elmi  Şuranın növbəti iclası keçirildi. Universitetin rektoru prof. Elxan Hüseynov şura üzvlərini salamladı və  Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən verilən professor diplomunu Neft kimyası və kimya mühəndisliyi  kafedrasının müəllimi Qafar Ramazanova təqdim etdi və ona elmi - pedaqoji fəaliyyətində uğurlar arzuladı.
Elmi Şurasının qərarına əsasən SDU-nun elmi katibi prof.Aqil Hüseynov İnformasiya texnologiyaları və proqramlaşdırma kafedrasına müdir vəzifəsinə təyin edildiyi üçün Elmi Şuranın elmi katibi vəzifəsindən azad edildi. Kimyanın tədrisi metodikası kafedrasının professoru Muxtar Səmədov isə SDU-nun Elmi Şurasının elmi katibi vəzifəsinə təyin edildi.
Qiyabi, distant və əlavə təhsil üzrə prorektor dos. Qafar Atayev qiyabi təhsil üzrə yaz imtahan sessiyasının nəticələri barədə geniş məlumat verdi.
Elm və innovasiyalar üzrə prorektor prof. Ramazan Məmmədov universitetimizdə keçirilmiş konfransların nəticələri haqqında, həmçinin 
Rusiya və Azərbaycan Ali Məktəbləri Assosiasiyasının II forumunda SDU-nun nümayəndə heyətinin iştirakı barədə  məlumat verərək qeyd etdi ki, keçirilən forum, konfrans, görüşlər elm, təhsil sahəsi üzrə əlaqələrimizin genişlənməsinə, elmimizin inkişafına böyük töhfələr verir. 
Fizika və elektroenergetika fakültəsinin dosenti Samir Orucov ABŞ-da Beynəlxalq Elm və Mühəndislik müsabiqəsi haqqında geniş hesabatla çıxış etdi. Bildirdi ki,  müsabiqədə Respublikamizı 5 şagird 4 layihə ilə təmsil ediblər. Layihələrin ikisi proqramlaşdırma və kompüter texnikası, biri fizika mühəndisliyi, digəri isə fizika-materialşünaslıq sahələrinə aid olmuşdur. 78 dövlətdən təqdim edilən 1800-ə  yaxın layihələr içərisində bizim 1 layihəmiz xüsusi mükafata layiq görülmüş və onun müəllif-şagirdi 1000 ABŞ dolları məbləğində pul mükafatı almışdır.
Gündəlikdəki məslələr Şura üzvləri tərəfindən müzakirə edildi, qərarlar qəbul olundu. 

Mətbuat xidməti

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az