Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | İngilis dilində açıq dərs keçirildi
İngilis dilində açıq dərs keçirildi
Dahi şəxsiyyət Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş növbəti açıq dərs Sumqayıt şəhərinin Heydər Əliyev Mərkəzində keçirildi.
Ingilis dilində aparılan bu dərsi SDU-nun tələbələri və Xarici dillər kafedrasının professoru Nigar İsgəndərova, baş müəllimlər:  Səadət Xəlilova, Dilarə Kərimova, Zeynəb Əhmədova, müəllimlər Həqiqət Vəliyeva və Jalə Məmmədova hazırlamışdılar. 
Heydər Əliyevin həyatı və çoxşaxəli fəaliyyətini işıqlandıran materiallar ingilis dilində nəşr olunmuş kitab, jurnal və internet saytlarından götürülmüşdür. Ulu Öndərin müasir Azərbaycan tarixinin qurucusu kimi fəaliyyəti çox genişdir.  Onun müasir dövrdə Azərbaycan xalqının milli identikliyinin formalaşması, inkişafı və beynəlxalq aləmdə nüfüz qazanmasında rolu danılmazdır. Açıq dərsi hazırlayarkən tələbələrə xüsusiilə yaxın olan “Heydər Əliyevin dil siyasəti”, “Heydər Əliyevin gənclərlə bağlı siyasəti”,”Müstəqil Azərbaycanın  beynəlxalq münasibətlərinin yaranması və inkişafında Ulu Öndərin rolu” adlı mövzulara xüsusi önəm verilmişdi.
Filologiya fakültəsinin  İngilis dili müəllimi bakalavr və Dilşünaslıq (ingilis dili) magistratura pillələrində təhsil alan tələbələrlə yanaşı, açıq dərsin hazırlanmasında Keyla Morton da yaxından iştirak etmişdir. Keyla Morton ABŞ Departamentinin Fulbrayt proqramıxətti iləXarici dillər kafedrasında İngilis dili müəlliminin köməkçisi kimi fəaliyyət göstərir. Heydər Əliyevin ABŞ və Avropa ölkələri ilə əlaqələrinin yaranması, tarixi inkişafı haqqında təqdimathazırlayan Keyla Morton, bu tədbirdə böyük həvəs və sevgi ilə iştirak etdi.
Dərsin sonunda  Ulu Öndərin fəaliyyətini əks etdirən “Bilirsinizmi?” adlı viktorina keçirildi.
Açıq dərsdə Sumqayıt Təhsil şöbəsinin, İdman və Gənclər Nazirliyinin və Sumqayıt şəhər Heydər Əliyev Mərkəzinin əməkdaşları iştirak edirdilər. 

Mətbuat xidməti

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az