Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU Ulus.az saytından təkzib tələb edir
SDU Ulus.az saytından təkzib tələb edir

Martın 9-da səhər saatlarında Bakı – Sumqayıt yolunda Masazır qəsəbəsinə girişin yanındakı körpüdə yol nəqliyyat hadisəsi baş vermiş, hadisə zamanı Sumqayıt Dövlət Universitetinin Fizika və elektroenergetika fakültəsinin III kurs tələbələri İbrahim Quliyev, İbrahim Nəsibov, Tarix və coğrafiya fakültəsinin III kurs tələbələri Çinarə Quliyeva, Rəşad Caniyev, Roza Muradova, Lalə Nəsibzadə faciəvi şəkildə dünyasını dəyişmişlər. Sumqayıt Dövlət Universitetinin rektoru professor Elxan Hüseynov, prorektorlar, dekanlar, rəhbər işçiləri və tələbələr avtoqəzada faciəvi şəkildə həyatını itirmiş tələbələrimizin yas mərasimlərində iştirak edərək onların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı veriblər. Yaralı tələbələrimizə də vaxtaşırı baş çəkilib. Onların səhhəti ilə maraqlanıb, maddi və mənəvi dəstək göstəriblər. Universitetin rektoru professor Elxan Hüseynov avtoqəza zamanı yaralanmış tələbələrimizi qəbul etmiş, ayrı –ayrılıqda tələbələrin səhhətləri ilə maraqlanmış, problemlərini dinləmiş və yerindəcə həlli üçün göstərişini vermişdir. Görüş zamanı o da diqqətə çatdırıldı ki, Bakıdan gələn tələbələrimizin rahat gediş-gəlişini təmin etmək məqsədi ilə müvafiq qurumlara müraciət olunub. Tələbələr də öz növbələrində hadisə baş verən gündən bu günədək onların yanında olan, maddi və mənəvi dəstək göstərən universitetin rektoru professor Elxan Hüseynova, prorektorlara, fakültə dekanlarına, müəllim- tələbə heyətinə, həmçinin Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı cənab Zakir Fərəcova, millət vəkillərinə, onların sağlamlığının keşiyinində duran peşəkar həkimlərə və digər universitetlərin tələbələrinə təşəkkürlərini bildiriblər. Bu gün bəzi sosial şəbəkələrdə bu dəhşətli avto qəza ilə bağlı yanlış yazılar gedib, yazıda qeyd olunub ki, 5 tələbə dünyasını dəyişib, əslində 6 tələbəmiz faciəli şəkildə rəhmətə gedib. Yazı da o da qeyd olunub ki, mərhum tələbələrin ailələrinə heç bir yardım göstərilməyib, dünyasını dəyişmiş tələbələrin təhsil haqları geri qaytarılmayıb. Hadisə baş verən gündən universitet rəhbərliyi və kollektivi yuxarıda qeyd etdiyimiz kimi daima onların yanında olublar,dünyasını dəyişmiş tələbələrin dəfnində iştirak ediblər. Qeyd edək ki, Tarix və coğrafiya fakültəsinin I kurs tələbəsi Lalə Nəsibzadə və III kurs tələbəsi Roza Muradovanın təhsil haqları ailələrinə geri qaytarılıb. Digərləri isə yalnız təhsil aldığı müddətin ödənişini etmişlər. Ulus.az saytında “Rektor dəhşətli qəzada ölən 5 tələbənin təhsil haqqını qaytarmır – İttihamlar” adlı iddia ilə çıxış edən “jurnalist” Bakı Dövlət Universitetinin rektorunu Sumqayıt Dövlət Universitetinin rektoru ilə ayırd edə bilmirsə, ən azından yazdığı məlumatı bizimlə əlaqə saxlayıb dəqiqləşdirsəydi, nəticədə belə bir gülünc vəziyyət alınmazdır. Bu yazıya məsuliyyət daşıyan müəllif və saytın rəhbərindən təkzib vermələrini tələb edirik.

Mətbuat xidməti

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az