Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | “ASAN xidmət Azərbaycan brendi” adlı seminar keçirildi
“ASAN xidmət Azərbaycan brendi” adlı seminar keçirildi

İlham Əliyev : Azərbaycan brendi olan “ASAN xidmət”ə dünyada böyük maraq vardır.
Müasir dövrümüzdə idarəetmə sistemində modernləşmə yeni idarəetmə modelləri zərurətini yaratmışdır. Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə aparılan ardıcıl islahatlar da idarəetmənin təkmilləşdirilməsinə, yeni düşüncə tərzinin formalaşdırılmasına istiqamətlənmişdir.Yeni idarəetmə modellərinin əsas prinsiplərindən biri şəffaflığın artırılmasının ön plana çəkilməsidir. Məhz bu baxımdan dövlətimizin başçısı demokratik idarəçiliyin formalaşdırılmasını, dövlət orqanlarının fəaliyyətində şəffaflığın, operativliyin, çevikliyin artırılmasını, xidmətlərin daha keyfiyyətli və müasir innovasiyalarla həyata keçirilməsini, korrupsiya və rüşvətxorluğun qarşısını almaq məqsədilə 2012-ci il 13 iyul və 5 sentyabr tarixli fərmanlar imzalamışdır. Həmin fərmanlarla Azərbaycan Respublika Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin və "ASAN xidmət" mərkəzləri yaradıldı və fəaliyyəti təşkil olundu. Həmin vaxtdan ölkəmiz güclü siyasi iradəyə əsaslanan sistem xarakterli mütərəqqi islahat tədbirləri, inkişaf tempi və yaradılan yeni, səmərəli, müasir xidmət modeli olan "ASAN xidmət" mərkəzlərinin fəaliyyəti ilə də dünyanın diqqətini özünə cəlb etdi.Bu məqsədlə aprelin 8-də universitetin Karyera Mərkəzi və YAP Gənclər Birliyinin təşkilatçılığı ilə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Sumqayıt “ASAN xidmət” mərkəzi ilə birlikdə “ASAN xidmət Azərbaycan brendi” adlı seminar təşkil etdi.
Tədbiri Karyera Mərkəzinin müdiri Zahid Bünyadov açaraq bildirdi ki, məqsəd SDU-nun tələbələrinə gələcəkdə “ASAN Xidmət”də həm könüllülər təşkilatında, həm də dövlət strukturlarında işlə təmin olunmaları üçün istiqamət verməkdir. Belə görüşlərin keçirilməsi tələbələrin işlə təmin olunması istiqamətində atılmış uğurlu addımlardan biri kimi dəyərləndirmək olar. "ASAN xidmət" Azərbaycan məhsulu, Azərbaycan ixtirası və Azərbaycan brendi olaraq beynəlxalq tərəfdaşlar və ekspertlər tərəfindən yüksək maraq və rəğbətlə xarakterizə olunur."ASAN xidmət” mərkəzlərinin fəaliyyəti operativlik, şəffaflıq, nəzakətlilik, məsuliyyət və rahatlıq prinsipləri əsasında qurulur. “ASAN xidmət” mərkəzləri ölkə başçısı cənab İlham Əliyevin təşəbbüsü ilə məhz xalqın rifahı, vətəndaşın rahatlığı üçün yaradılıb. “Asan xidmət”-də çalışan əməkdaşların vətəndaşlara münasibəti, kübarlığı, diqqəti və peşəkarlığı “ASAN” modelinin uğurundan xəbər verir. Ölkə başçısı cənab İlham Əliyev haqlı olaraq bu Azərbaycan brendi barədə qeyd edir: Azərbaycanın korrupsiyaya qarşı mübarizə məqsədilə həyata keçirdiyi institusional islahatlara nümunə olaraq “ASAN xidmət” mərkəzlərini göstərə bilərik. Hazırda “ASAN xidmət” mərkəzlərində 30 növ hüquqi, 32 növ funksional yardımçı xidmətlər təşkil edilib. Azərbaycan brendi olan “ASAN xidmət”ə dünyada böyük maraq vardır. Təsadüfi deyil ki, bir sıra dövlətlərin rəsmiləri ölkəmizə gələrək, “ASAN xidmət”lərin fəaliyyəti ilə yaxından tanış olurlar.
Azərbaycan Respublika Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “ASAN School”un rəhbəri, İnsan resursları və təlim şöbəsinin müdir müavini Cahangir Əliyev, ASAN köüllüləri təşkilatının idarə heyətinin üzvi və Sumqayıt ASAN xidmət mərkəzinin könüllülər üzrə məsul şəxs Rəşad Məmmədov mərkəz haqqında ətraflı məlumat verdilər. Qeyd etdilər ki, gənclər bu mərkəzdə uğurla fəaliyyət göstərirlər. Bu mərkəzlərdə işləyənlərin mütləq əksəriyyəti gənclərdir, 
Natiqlər onu da qeyd etdilər ki, biz dünyada mövcud olan texnoloji yenilikləri tətbiq etməklə yanaşı, özümüz də bəzi innovasiyaların yaradılması ilə bağlı təşəbbüslər göstəririk. Nümunə kimi, Azərbaycan brendi olan Vətəndaşlara Xidmətlər və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyini və onun "ASAN xidmət" mərkəzlərini qeyd edə bilərik. "ASAN xidmət" vətəndaşların məmnunluğu prinsipinə əsaslanan və bir çox xidmətin bir mərkəzdə cəmləşdirildiyi təsisatdır."ASAN xidmət" mərkəzlərində daha bir yenilik isə dövlət başçısının tapşırığına əsasən, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi məqsədilə tələb olunan xüsusi razılıq lisenziyasının verilməsi olub. Dövlətimizin başçısı "ASAN xidmət"in xalq tərəfindən böyük razılıqla qarşılandığını nəzərə alaraq, daha da genişləndiriləcəyini bildirib: "Hər bir sahədə şəffaflıq olmalıdır, yerli və mərkəzi icra orqanları, ilk növbədə, insanlara xidmət göstərməlidirlər. Xalq tərəfindən onlara verilən qiymət, yəni, münasibət əsas meyardır. Mən onların fəaliyyətinə qiymət verəndə, ilk növbədə, bu amili nəzərə alıram və alacağam".
Nümayəndələr çıxışlarının sonunda qeyd etdilər ki, öz intellekti və bacarığı ilə seçilən SDU – nun tələbələrini öz aramızda görməyimizdən məmnun oluruq.
Tələbələr də öz növbələrində çıxışlarında “ASAN” xidmət mərkəzlərində yaradılan könüllülük imkanlarının gənclərin gələcək karyeraları üçün tələb olunan iş təcrübəsi və çoxşaxəli praktik vərdişlərinin formalaşdırılmasına mümkün töhfələr verdiyini qeyd etdilər.

Mətbuat xidməti

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az