Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Universitet Polşanın “Plagiat.pl” şirkəti ilə əməkdaşlıq edir
Universitet Polşanın “Plagiat.pl” şirkəti ilə əməkdaşlıq edir

Aprelin 5-də“Plagiat.pl” şirkətinin nümayəndələri SDU-da oldular. Rektor professor Elxan Hüseynov qonaqları salamladı, ali təhsil ocağı haqqında ətraflı məlumat verdi. Universitetin beynəlxalq əlaqələrindən söz açan rektor  ikitərəfli əlaqələrin daha da genişləndirilməsi məsələsinə də toxundu. Bildirdi ki, SDU  dünyanın və respublikamızın qabaqcıl ali məktəbləri ilə əməkdaşlıq edir, bugünkü görüş bu əlaqələrin inkişafında mühüm addım olacağını diqqətə çatdırdı. Rektor onu da vurğuladı ki, plagiatla mübarizə üçün hərtərəfli tədbirlərin güclənməsi  istiqamətində mühüm işlər görülür. Son zamanlar Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən intellektual mülkiyyətin, müəllif hüquqlarının qorunması və antiplagiat məsələlərinə xüsusi diqqət yetirildiyini bildirdi. Ölkədə Təhsil Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası, Müəllif Hüquqları Agentliyi, eləcə də bir çox universitetlər və müvafiq qurumlarda plagiatlıqla mübarizəyə yönəlmiş innovativ layihələr həyata keçirilir. Universitetimizdə ötən tədris ilindən tətbiqinə başlanan plagiat proqramı bakalavr, magistr və doktor dissertasiyalarına, həmçinin istənilən digər elmi və ya tədris sənədlərini yoxlamağa imkan yaradır. Ümid edirəm ki, bu proses gələcəkdə də  uğurla davam edəcək. Görüşdə İntellektual mülkiyyətin, müəllif hüquqlarının qorunması və plagiatlıqla mübarizə problemlərinə elmi və hüquqi müstəvidə baxılmasının zəruriliyi də qeyd edildi.
“Plagiat.pl” şirkətinin regional direktoru Əli Təhməzov proqramın işləmə mexanizmi barədə məlumat verərək bildirdi ki, Polşada 2002-ci ildə fəaliyyətə başlayan şirkətin əsas məqsədi müəllif hüquqları pozuntuları və intellektual mülkiyyətdən icazəsiz istifadə olunmasına qarşı mübarizə aparmaqdır. Bu gün şirkətimiz Polşa, Rumıniya, Almaniya, Moldova, Kolumbiya, Qazaxıstan və Azərbaycandakı sifarişçiləri proqramlarla təmin edir. 
O, alim, mütəxəssis və tələbələrin tədqiqat işlərini plagiatlıqdan qorumağa xidmət edən Ümumdünya Antiplagiatlıq Şəbəkəsinin yaradılması məqsədilə ali məktəblər, hökumət orqanları və nəşriyyatlar ilə sıx əməkdaşlıq əlaqələrinin qurulduğunu söylədi. Şirkətin hazırladığı “Strike Plagiarism” sisteminin müxtəlif mətnlərdən köçürülmüş fraqmentləri aşkar etməyə imkan verdiyini bildirdi. Sözügedən antiplagiat sisteminin Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən yüksək qiymətləndirildiyini söyləyən nümayəndə bu proqramın artıq Azərbaycanın bir neçə universitetində geniş tətbiq olunduğunu diqqətə çatdırdı. Ümumiyyətlə 
bu proqram universitetdə təhsil alan tələbə və magistrlərdə, professor-müəllim heyətində akademik dürüstlüyün təminatına xidmət edəcək.
Sonra mövzu ətrafında geniş fikir mübadiləsi aparıldı.

Mətbuat xidməti

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az