Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Universitetimizdə Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı qeyd edildi
Universitetimizdə Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı qeyd edildi

Sumqayıt Dövlət Universitetində Dünya Azərbaycanlıları Həmrəylik Günü və Yeni il bayramı münasibətilə  tədbir keçirildi.
Öncə universitetin III-IV kurs tələbələrinin ifasında Süleyman Rüstəmin “Çimnaz xanım yuxudadır” əsərinin premyerası oldu. Tələbələrin ifasında canlandırılan obrazlar  tamaşaçıların diqqət və marağına səbəb oldu. Anşlaqla keçən tamaşanın sonunda rektor Elxan Hüseynov obrazları mahircəsinə  canlandıran tələbələri pul mükafatına layiq gördü.
Bayram şənliyi universitetin Gənclik kafesində professor-müəllim, tələbə heyətinin iştirakı ilə davam etdirildi.  Universitetin Səma qrupunun və Bəyaz instrumental ansamblının ifasında maraqlı musiqi və rəqs nömrələri şənliyi canlandırdı.
Rektor universitetin hər bir əməkdaşını səmimi qəlbdən təbrik etdi. Bildirdi ki, bu gün qeyd etdiyimiz  Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü  Ulu öndər Heydər Əliyevin tariximizə, milli-mənəvi dəyərlərimizə verdiyi töhfələrin ən alisidir. Dövlətçiliyimizin qorunmasında, milli mənsubiyyətimizin mövcudluğunda dünyanın hər bir güşəsində yaşayan  ruhu, ürəyi Vətən eşqi ilə döyünən hər bir  azərbaycanlının  bir olması,  Ümummilli lider Heydər Əliyevin arzusu və amalından doğan istək idi. Bu gün  SDU-da bir araya gəlməyimiz son bir ildə universitetimizdə mövcud olan birlik və mehriban kollektiv münasibətin rəmzidir. Mən arzu edirəm ki, Sumqayıt Dövlət Universiteti Avropanın qabaqcıl universitetləri  sırasında uğurla addımlasın. Bunun üçün artıq universitetimizdə xeyli işlər görülüb və bu işləri Avropa təhsil sistemi səviyyəsində qurmağı qarşımıza məqsəd qoymuşuq. Bütün bu işləri həyata keçiriməyimizdə bizə dəstək olan cənab Prezident İlham Əliyevə və  Təhsil naziri cənab Mikayıl Cabbarova öz dərin təşəkkürümü bildirirəm.
Onu da qeyd edək ki, dekabr ayında Ümummilli lider Heydər Əliyevin əziz xatirəsini anma məqsədi ilə Sumqayıt Dövlət Universitetinin Tələbə Həmkarlar İttifaqının təşəbbüsü ilə keçirilən “Ən yaxşı məqalə” müsabiqəsinə yekun vuruldu.
Gərgin  müzakirələrdən sonra müsabiqənin qalibləri seçildi və rektor Elxan Hüseynov qalibləri Fəxri fərman və mükafatla  təltif etdi:
1-ci yeri  Riyaziyyat  fakültəsindən  Cəbrayıllı Ağabəyim Səxavət qızı
2-ci  və 3-cü yeri Filologiya fakültəsindən İsmayılova Fatimə Ramiz qızı və Güner Naciye Mehmet qızı tutdular. Həvəsləndirici mükafat İqtisadiyyat və idarəetmə fakültəsindən Nazimli Nigar Nazim qızına təqdim olundu.
Ümumilikdə, müsabiqəyə 132-dək məqalə təqdim olunmuşdur. Bir-birindən maraqlı və dolğun olan məqalələrdə xüsusilə qeyd olunmuşdur ki, Heydər Əliyevin həyat və fəaliyyəti hamımız üçün örnəkdir.
Yeri gəlmişkən qeyd edək ki, “Ən yaxşı məqalə” müsabiqəsinin qalibləri aşağıdakı  mövzular üzrə yer tutmuşlar:
Heydər Əliyev və Azərbaycanın neft strategiyası
Heydər Əliyev və müasir tariximiz
Heydər Əliyev və Türk dünyası
Heydər Əliyev Azərbaycan Dövlətçiliyinin banisidir

Mətbuat xidməti

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az