Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Universitetimizin kollektivi İlaxır çərşənbəni avtoqəzada yaralanmış tələbələrimizlə birgə qeyd etdi
Universitetimizin kollektivi İlaxır çərşənbəni avtoqəzada yaralanmış tələbələrimizlə birgə qeyd etdi

Sumqayıt Dövlət Universitetinin rəhbərliyi və tələbələr İlaxır çərşənbəni 1 saylı Klinik Tibbi Mərkəzdə yaralanmış tələbələrimiz: Azadə Mədətzadə, Xavər Fərzəliyeva, Rəsul Sadıqov və Emin Həmidovla birgə keçirdilər.
Rektor professor Elxan Hüseynov xəstələrin vəziyyəti və müalicənin gedişi ilə maraqlandı, müalicə olunan tələbələrlə söhbət etdi. Tələbələrin istək və arzularını dinlədi, tezliklə sağalıb universitetimizə dönməklərini arzuladı.
Tələbələr rektor professor Elxan Hüseynova bütünlüklə universitet kollektivinə və tibb heyətinə göstərdikləri diqqət və qayğıya, hər gün olduğu kimi bu gün də onlara maddi və mənəvi dayaq olduqlarına görə minnətdarlıq etdilər.

Mətbuat xidməti

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az