Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Universitetdə Sumqayıt Kimya Sənaye müəssisələrinin rəhbərləri tələbələrlə görüşdü
Universitetdə Sumqayıt Kimya Sənaye müəssisələrinin rəhbərləri tələbələrlə görüşdü

 Martın 2-də Sumqayıt Dövlət Univesitetində “Azərikimya” İB-nin Müşahidə Şurasının sədri, Milli Məclisin deputatı Muxtar Babayev, Sumqayıt Kimya Sənaye Parkı”nın direktoru Nazim Talıbov, “SOCAR Polimer” MMC-nin maliyyə direktoru Fuad Əhmədov, “Azərikimya” İB “Etilen - polietilen” zavodunun direktoru Oqtay Niftəliyev, SOCAR-ın “Karbamid” zavodunun direktoru Xəyal Cəfərov tələbələrlə görüşü keçirildi.
Görüşdə rektor professor Elxan Hüseynov qonaqları universitetimizdə görməkdən məmnunluğunu ifadə etdi və təhsilin inkişafı sahəsində həyata keçirilən tədbirlərdən bəhs etdi. Bildirdi ki,  qarşılıqlı əməkdaşlığın qurulmasında bu əlaqələrin yaradılması olduqca əhəmiyyətlidir. Rektor hazırda ali təhsil ocağının bir çox müəssisələrlə  səmərəli tədris əlaqələrinə malik olduğunu diqqətə çatdıraraq bu təşəbbüsün birgə ixtisaslı kadrların hazırlanması işinə töhfə verəcəyinə əminliyini bildiridi. Qeyd etdi ki, universitetimizlə Sumqayıt Texnologiyalar Parkının və “Azərikimya” İB-nin müəssisələri ilə iş birliyi yaradılmış, AMEA-nın Polimer Materialları İnstitutu ilə universitetimiz arasında təhsil-elmi-istehsalat çərçivəsində elmi əməkdaşlıq üzrə istiqamətlər müzakirə edilmiş və hədəflər müəyyənləşdirilmiş, yaxın günlərdə “Azərişıq” ASC-nin Tədris Mərkəzi arasında əməkdaşlıq müqaviləsi imzalanmışdır. Tələbələrin tədris zamanı əldə etdikləri nəzəri biliklərin zənginləşdirilməsi məqsədilə onlar ölkəmizin  bir sıra idarə və istehsalat müəssisələrinə, həmçinin “Azərikimya”İB-nın təşəbbüsü ilə Türkiyənin “Petkim” Petrokimya Holdinqə istehsalat təcrübəsinə göndərilir. Bu əlaqələr tələbələrə təcrübə qazanmaq imkanı verməklə yanaşı, onlar arasında gələcəkdə həmin müəssisədə çalışmaq arzusunda olanlara verilən növbəti dəstəkdir. Belə təcrübələrin təşkili tələbələrin əldə etdiyi nəzəri biliklərin təcrübə ilə vəhdətdə daha dərindən mənimsəmələrinə və onların peşəkar kadr kimi yetişməsinə kömək edəcəyini təmin edir. Rektor professor Elxan Hüseynov bildirdi ki, bu gün inkişaf etmiş ölkələrin gücü onların istər iqtisadi-siyasi, istərsə də sosial-mədəni inkişafına təkan verən insan resursu ilə bağlıdır. Ona görə də cənab Prezidentin: “Biz neft kapitalını insan kapitalına çevirməliyik” şüarına əsaslanaraq  insan kapitalını inkişaf etdirmək və bununla Azərbaycanın beynəlxalq rəqabət qabiliyyətini yüksəltmək bizim əsas vəzifəsimizdir. Bu məqsədlə universitetimizin Karyera Mərkəzi tələbələrin əmək bazarı şəraitinə uyğunlaşdırılması istiqamətində xeyli işlər görür. İnanıram ki,  belə görüşlərin keçirilməsi müəssisələr və tələbələr üçün faydalı olacaq.
Tədbirdə “Azərikimya” İB-nin Müşahidə Şurasının sədri, Milli Məclisin deputatı Muxtar Babayev, Sumqayıt Kimya Sənaye Parkı”nın direktoru Nazim Talıbov, “SOCAR Polimer”MMC-nin maliyyə direktoru Fuad Əhmədov, “Azərikimya”İB “Etilen - polietilen” zavodunun direktoru Oqtay Niftəliyev, SOCAR-ın “Karbamid” zavodunun direktoru Xəyal Cəfərov rəhbərlik etdikləri müəssisələrdə aparılmış yenidənqurma işlər haqqında ətraflı məlumat verərək tələbələrin karyera imkanlarının genişləndirilməsində bilik, bacarığın hər zaman öndə dayandığını diqqətə çatdırdılar. 
“Azərikimya” İB-nin Müşahidə Şurasının sədri, Milli Məclisin deputatı Muxtar Babayev aparıcı ali təhsil ocaqları ilə qurulan əlaqələr və bu qarşılıqlı faydalı əməkdaşlığın həm ali təhsil ocaqlarına, həm də kimya sənayesinə böyük töhfələr verəcəyini bildirdi. Onu da qeyd etdi ki,  neft-kimya sənayesi üçün kadrlar hazırlayan ali təhsil müəssisələri ilə sıx əlaqələrin qurulması, tələbələrin yay istehsalat təcrübəsi üçün əlverişli şəraitin yaradılması İB-nin kadr hazırlığı proqramı üzrə nəzərdə tutulmuş tədbirlərlərdəndir. 
“Azərikimya” İB-nin Müşahidə Şurasının sədri Muxtar Babayev, Sumqayıt Kimya Sənaye Parkı”nın direktoru Nazim Talıbov, “SOCAR Polimer”MMC-nin maliyyə direktoru Fuad Əhmədov, “Azərikimya”İB “Etilen -polietilen” zavodunun direktoru Oqtay Niftəliyev, SOCAR-ın “Karbamid” zavodunun direktoru Xəyal Cəfərov tələbələri maraqlandıran çoxsaylı sualları cavablandırdılar.
Sonra görüşdə  müəssisələr arasında imzalanacaq əməkdaşlıq memorandumunun müddəaları, müştərək layihələr və elmi əməkdaşlıqlar müzakirə edildi. Sumqayıt Dövlət Univesitetinin rektoru professor Elxan Hüseynov və  “Azərikimya” İB-nin Müşahidə Şurasının sədri, Milli Məclisin deputatı Muxtar Babayev arasında əməkdaşlıq memorandumu imzalandı.Müqaviləyə əsasən tərəflərin təhsil, elm və texnikayönümlü qarşılıqlı maraqların və ehtiyaclarının təmin olunmasına yönəldilmiş sahələrdə əməkdaşlıq etmələri, birgə maarifləndirici proqramların reallaşdırılması, tədris mübadiləsinin aparılması, ixtisasartırma və yenidənhazırlanma kurslarının təşkili, yeni texnologiyaların öyrənilməsi və inkişafında təcrübə mübadiləsi, elmi-texniki işlərlə bağlı müxtəlif sahələrdə əməkdaşlığın inkişafı, uyğun ixtisaslar üzrə bakalavrların istehsal təcrübələrinin təşkili, beynəlxalq  əlaqələr üzrə universitetdə həyata keçirilən layihələrdə müəssisənin tərəfdaş kimi iştirak etməsi, universitet tələbələri üçün müəssisənin aparıcı mütəxəssislərinin seçmə mühazirələrinin təşkili, Respublika və beynəlxalq səviyyəli konfransların keçirilməsi və s. səviyyələrdə əməkdaşlığın aparılması yönündə qarşılıqlı razılaşmalar əldə olundu.

Mətbuat xidməti

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az