Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Əlilliyi olan tələbələrin Ali Təhsilə inteqrasiyası vacibdir
Əlilliyi olan tələbələrin Ali Təhsilə inteqrasiyası vacibdir

 Cəmiyyət hər bir fərdə inkluviz yanaşma tələb etməklə yanaşı, həm də hər kəsdən xeyirxahlıq, yaxşılıq hisslərinin, humanizmin qorunmasını, təbliğini tələb edir. Bu istiqamətdə dövlət münasibətlərinin inkişafına təkan verir. Noyarın 1-də universitetimizdə TEMPUS layihəsi çərçivəsində “Əlilliyi olan şəxslərin Azərbaycanın Ali Təhsil müəssisələrinə inteqrasiyasının təməlinin qoyulması” mövzusunda müəllim heyəti üçün təlim-seminar keçirildi. Təlim seminarı layihənin SDU üzrə koordinatoru dosent Turqay Hüseynov apararaq iştirakçılara əlilliyin dərki, qanunvericilik, inkluziv təhsil,  bu sahədə  görülən işlərdən və  mərkəzin əhəmiyyətindən danışdı.   Layihə çərçivəsində görülən işlərdən, eləcə də əlilliyi olan tələbələr universitetin rəhbərliyinin diqqət və qayğısından, onlara göstərilən xidmətlərdən söz açdı. Professor-müəllim heyətinin tələbələrlə əməkdaşlıq çərçivəsində inkluziv təhsil mühitinin yaradılması müzakirə olundu. Təqdimat ətrafında fikir mübadiləsi aparıldı,  əlillik, onun xüsusiyyətləri, onlara yanaşma tərzi və tədris metodikası haqqında maraqlı fikirlər səsləndirildi, əlilliyi olan tələbələrin Ali Təhsilə inteqrasiyasının vacibliyi vurğulandı.

Mətbuat xidməti

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az