Əsas səhifə | Xəbərlər | Universitetin Rektoru qış imtahanlarının gedişini izlədi
Universitetin Rektoru qış imtahanlarının gedişini izlədi
Sumqayıt Dövlət  Universitetində  2016/2017-ci tədris ilinin payız semestrinin imtahan sessiyası öz işinə başladı. Sessiya Azərbaycan Respublikası Təhsil nazirinin imtahan sessiyasının keçirilməsi barədə və universitet rektorunun tənzimləyici əmrlərinə uyğun təşkil edildi. Yanvarın 5-də universitetin  rektoru professor Elxan Hüseynov, Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektor dosent Natiq Talıbov, Elm və innovasiyalar üzrə prorektor professor Ramazan Məmmədov, Tədris Metodik Mərkəzin direktoru dosent İsabal Qurbanov və fakültə dekanları   Mühəndislik, Tarix və coğrafiya, İqtisadiyyat və idarəetmə, Filologiya fakültəsinin I-II kurslarında   keçirilən imtahan prosesini izlədilər.  
Universitetdə tələbələrin tədrisi  və imtahanların şəffaf keçirilməsi məqsədi ilə  bütün imkanların yaradıldığını nəzərə çatdıran rektor tələbələrə uğurlar arzuladı. Bildirdi ki, tələbələrin biliyinin qiymətləndirilməsində obyektivliyin və şəffaflığın təmin olunması məqsədilə qış imtahan sessiyası dövründə yarana biləcək neqativ halları dərhal araşdırmaq və müvafiq tədbirlər görmək, habelə sessiyanın normativ sənədlərə uyğun keçirilməsinə kömək etmək məqsədilə Operativ Qərargah və onun nəzdində «Qaynar xətt» yaradılıb. Bu məqsədlə universitetin əsas binasında şikayət, təklif və məlumatlar üçün xüsusi qutular asılıb. Elə Qərargahın yaradılmasında məqsəd qış imtahan sessiyasında tələbələrin biliyinin qiymətləndirilməsində obyektivliyi və şəffaflığı təmin etmək, imtahanların gedişi ilə bağlı daxil olan ərizə, şikayət və müraciətləri operativ araşdırmaq və yol verilən nöqsanları vaxtında aradan qaldırmaqdır. Artıq qiyabi şöbələr üzrə imtahanlar yekunlaşmışdır. Əyani şöbədə isə davam edir. İmtahandan aldığı qiymətlərdən narazı qalan tələbələr fakültələr və universitet üzrə yaradılmış münaqişə komissiyalarına müraciət edə bilərlər. Rektor rəhbərlik etdiyi ali təhsil ocağında tədrisin keyfiyyətinin yüksəldilməsi istiqamətində görülən işlərdən, aparılan islahatlardan, həyata keçirilən proqram və layihələrdən danışdı. Onu da tələbələrin diqqətinə çatdırdı ki,  imtahan prosesini valideynlər də yaxından izləyə bilərlər. Hətta imtahan sessiyasının gedişinə operativ nəzarət etmək məqsədi ilə nümayəndələrimiz Qiyabi, distant və əlavə təhsil üzrə prorektor dosent Qafar Atayev Kimya və biologiya, Fizika-elekrtoenergetika fakültələri üzrə, Elm və innovasiyalar üzrə prorektor professor Ramazan Məmmədov Tarix və coğrafiya, Filologiya, İqtisadiyyat və idarəetmə, Mühəndislik və Riyaziyyat fakültələri üzrə təhkim olunublar.
Tələbələr də öz növbəsində imtahanların yüksək səviyyədə, obyektiv keçdiyi üçün universitetin rektoru professor Elxan Hüseynova dərin təşəkkürlərini bildirdilər.
Qeyd edək ki, fevralın 2-sində başa çatacaq qış sessiyasında imtahanlar bir qayda olaraq monitorinq formasında aparılacaq.

Mətbuat xidməti

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt, Azərbaycan
43cü məhəllə
AZ5008
TEL: +994-18 642-16-20
FAKS: +994-18 642-02-70
E-MAIL: info@sdu.edu.az