Əsas səhifə | Xəbərlər | “ Az-Granata –elm və sənayenin vəhdəti” mövzusunda təlim – seminar keçirildi
“ Az-Granata –elm və sənayenin vəhdəti” mövzusunda təlim – seminar keçirildi

Dekabrın 17-də Karyera Mərkəzinin təşkilatçılığı ilə “Az-Granata”MMC şirkətinin istehsalat rəisi,texnika elmləri doktoru Vüqar Mikayılovun  “Az-Granata –elm və sənayenin vəhdəti”  mövzusunda təlim - seminarı  keçirildi.Tədbiri Karyera Mərkəzinin müdiri Zahid Bünyadov açaraq“Az-Granata” MMC şirkətinin istehsalat rəisi Vüqar Mikayılovu  universitetmizdə görməkdən məmnunluğunu ifadə etdi, bildirdi ki,  tələbələrin gələcəkdə işlə təmin olunması  istiqamətindəbelə görüşlərin keçirilməsi çox vacibdir.Layihənin uğurla icra edilməsi və peşəkar təlimçilər tərəfindən maarifləndirmə işlərinin aparılması gənclərin məşğulluq imkanlarının artmasına və onların gələcək karyeralarını planlaşdırmasına müsbət təsir edir.  Zahid Bünyadov qonağı tələbələrə təqdim etdi. Bildirdi ki, VüqarMikayılov 2001-ci ildə Azərbaycan Elmi-Tədqiqat Üzümçülük və Şərabçılıq İnstitutunun doktoranturasına daxil olmuş və 2013-cü ildə Azərbaycan Dövlət Aqrar Universitetində “Azərbaycan meyvə və giləmeyvə içkilərinin istehsal texnologiyasının təkmilləşdirilməsi” mövzusunda doktorluq dissertasiyası müdafiə etmiş və texnika elmləri doktoru alimlik dərəcəsi almışdır.O, 80-dən atıq elmi əsərin, 4 ixtiraya patentin, 4 dərs vəsaitinin onlarla dərs proqramlarının müəllifidir. 2010-cu ildə “Zolotoy Qrifon 2010” Beynəlxalq müsabiqəsində “İlin ən yaxşı şərabçısı ” diplomuna, 2012-ci ildə isə “Qolitsin adına qızıl medala” layiq görülmüşdür.İlk dəfə olaraq Azərbaycanın milli içkisi olan “Qora suyu” içkisinin sənaye istehsalına nail olmuşdur.Azərbaycanın milli içkisi olan “Tut arağı” və “Zoğal arağı”, bununla yanaşı olaraq “Gavalı arağı”, “Ərik arağı”, “Muskat arağı” Azərbaycanda elmi əsaslarla araşdırılaraq sənayedə tətbiqinə də nail olmuşdur. Şotlandiya texnologiyası əsasında Azərbaycanda ilk dəfə olaraq Viski istehsalı da Vüqar Mikayılovun yaradıcılıq işidir. O da vurğulandı ki,  “Ağsu” nar şərabı da onun yaratdığı texnoloji sxem əsasında hazırlanır. 
Təlimdə Vüqar Mikayılovçıxış edərək  “Az-Granata” MMC-də ölkə miqyasında  ilk dəfə istehsal olunan şirə və şərab növləri haqqında ətraflı  məlumat verdi. Diqqətə çatdırdı ki, “Az-Granata” MMC dünyanın ən nəhəng və müasir şirə və şərab zavodlarından biridir. Almaniya, İsveçrə, İtaliya, Bolqarıstan, Fransa və digər ölkələrdən gətirilmiş mütərəqqi avadanlıq və texnologiyalardan istifadə edən müəssisə kollektivi istehsal etdiyi hər bir alkoqollu və alkoqolsuz içkinin keyfiyyətinə, kimyəvi və mikrobioloji, dad, həzz, görüntü və satışa uyğunluğu ilə seçilir. Zavodda 16 növ meyvə şirəsi istehsal edilərək 50 növ şərti qablarda istehsalçıya təqdim olunur. Bu gün ölkəmizdə və onun sərhədlərindən kənarda müəssisənin məhsullarına böyük təlabat duyulur. Çeşidli və keyfiyyətli məhsullar süfrələrimizin bəzəyidir. 
Sonra sənaye nümayəndəsi Vüqar Mikayılov təmsil etdiyimüəssisənin karyera imkanları və iş prinsipləri haqqında bəhs edərək  karyerasındakı uğurlarını, öz iş təcrübələrini tələbələrlə bölüşdü və tanışlıq məqsədi ilə gəncləri bu müəssisəyə dəvət etdi.Tədbirin sonunda iştirakçı tələbələrin çoxsaylı suallarını  cavablandırdı.  

Mətbuat xidməti

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt, Azərbaycan
43cü məhəllə
AZ5008
Telefon: +994-18 642-16-20
Faks: +994-18 642-02-70
E-Mail: info@sdu.edu.az