Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | “Riyaziyyatın tətbiqi məsələləri və yeni informasiya texnologiyaları” mövzusunda III Respublika elmi konfransı keçirildi
“Riyaziyyatın tətbiqi məsələləri və yeni informasiya texnologiyaları” mövzusunda III Respublika elmi konfransı keçirildi

Dekabrın 15-də Azərbaycan Respublikası Təhsil Nazirliyi, Sumqayıt Dövlət Universiteti və Azərbaycan Milli Elmlər Akademiyasının İnformasiya Texnologiyaları İnstitutunun təşkilatçılığı ilə SDU-da Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 25 illiyinə həsr olunmuş “Riyaziyyatın tətbiqi məsələləri və yeni informasiya texnologiyaları” mövzusunda III Respublika elmi konfransı keçirildi.
Konfransı giriş sözü ilə universitetin Elm və İnnovasiyalar üzrə prorektoru professor Ramazan Məmmədov açaraq qonaqları salamladı və konfransın böyük əhəmiyyətindən bəhs etdi.  Bildirdi ki, ölkəmiz hər bir sahədə olduğu kimi bu mühüm sahədə də böyük nailiyyətlər əldə etmişdir. Siyasi sabitlik, dinamik sosial-iqtisadi inkişaf, beynəlxalq birliyə və Qərb iqtisadiyyatına geniş inteqrasiya, nəhəng enerji və nəqliyyat layihələrinin reallaşması, mütərəqqi təcrübənin mənimsənilməsi Azərbaycanın informasiya və kommunikasiya texnologiyalarının tətbiqi, rabitənin inkişafı sahəsində də uğurlu addımlar atmasına geniş imkanlar yaradılmışdır. Ümummilli lider Heydər Əliyev daim informasiya-kommunikasiya texnologiyalarının tətbiqinə xüsusi diqqət yetirmiş və bu sahədə inkişafa nail olmaq üçün böyük səylər göstərmişdir. Ümummilli lider Heydər Əliyevin sosial-iqtisadi inkişaf strategiyasının Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində ölkəmiz inkişaf dinamikasına görə dünya ölkələri sırasında öndə gedir. Prezident cənab İlham Əliyevin təbii sərvətlərdən yüksək texnologiyalara aparan iqtisadiyyatın formalaşması siyasəti öz bəhrələrini verməkdədir. Hər bir ölkənin uğurlu, dayanıqlı inkişafı üçün informasiya-kommunikasiya texnologiyaları sahəsi həlledici rol oynayır. Qloballaşan, daim irəliyə–yeniliyə doğru can atan dünyamızı bu gün ən müasir informasiya və kommunikasiya texnologiyaları: internet, yüksək texnologiyalar və qlobal rabitə imkanları olmadan təsəvvür belə etmək mümkün deyil. Son illər informasiya-kommunikasiya texnologiyaları (İKT) sürətlə inkişaf edərək bütün sahələrdə və gündəlik həyatda insan fəaliyyətinin, sosial-iqtisadi münasibətlərin tərkib hissəsinə çevrilmişdir. İKT-nin ən yeni nailiyyətləri idarəetmə, təhsil, səhiyyə, biznes, turizm və bank xidməti kimi sahələrdə tətbiq edilərək cəmiyyətin hər bir üzvünə mövcud imkanlardan faydalanmağa şərait yaradır. İnanıram ki, belə konfransların təşkili, elm adamlarının bir araya gələrək eyni mövzu ətrafında fikirləri, apardıqları elmi-tədqiqat işləri nəinki biliklərin təkmilləşdirilməsinə habelə milli təhsilimizin inkişafına böyük töhfələr verəcək.
Konfransda AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunun şöbə müdiri, dosent Əlövsət Əliyevin “Yaşıl iqtisadiyyatın formalaşmasında İKT-nin rolu: problemlər, perspektivlər”, Bakı Dövlət Universitetinin İdarəetmə nəzəriyyəsinin riyazi üsulları kafedrasının müdiri, professor Məmməd Yaqubovun “Optimal idarəetmə nəzəriyyəsinin inkişaf tarixi və aktual problemləri”, mövzularında  məruzələri dinlənildi. 
Qeyd edək ki, 36 elmi müəssisədən daxil olmuş 275 tezis Konfrans Materialları Toplusu şəklində nəşr olunaraq iştirakçılara təqdim olundu. Konfrans işini bölmə iclaslarında davam etdirdi.

Mətbuat xidməti

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az